Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma

Tarix 19.09.24, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyi “Turizm Könüllüləri” İctimai Birliyi (VÖEN – 1007934901) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Dövlət Turizm Agentliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
“Turizm Könüllüləri” İctimai Birliyi Turizm Agentliyinin sifarişi əsasında COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işləri həyata keçirəcək və qarşılığında 199 min 196 manat alacaq.
Satınalmada diqqət çəkən məqamlardan biri odur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində açıq şəkildə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işlərinin həyata keçirilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Turizm Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd olunanlara baxdığımız zaman müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın olmur. Çünki, COP29 ilə bağlı turizm könüllülərinin hazırlanması və təlimatlandırılması işini yalnız “Turizm Könüllüləri” İctimai Birliyinin görə biləcəyi barədə qanuni (“Könüllü fəaliyyət haqqında” Qanun) əsas yoxdur.
Başqa bir müəmmalı məqam isə odur ki, Agentliyin satınalma müqaviləsi imzaladığı “Turizm Könüllüləri” İctimai Birliyinin təsisçisi Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradovdur.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.1.1. maddəsində açıq şəkildə göstərilir ki, təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda satınalma prosedurlarında iştirakına yol verilmir.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap