Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Xanım sərnişinə “gəl qabaqda yanımda otur...“ dedi, həbs olundu - TƏFƏRRÜAT

Tarix 16.09.24, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu
Gəncədə xanım sərnişinə "gəl qabaqda yanımda otur, söhbət edək" deyən taksi sürücüsü həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsü kimi fəaliyyət göstərən 2000-ci il təvəllüdlü V.B. xanım sərnişinə qarşı etdiyi hərəkətlərə görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 5 gün müddətinə həbs olunub.

Belə ki, Gəncədəki apteklərin birində əczaçı işləyən R.M. adlı xanım sərnişin Goranboya getmək üçün V.B.-nın avtomobilinə əyləşib. Bir az getdikdən sonra taksi sürücüsü sərnişinə "gəl qabaqda yanımda otur, söhbət edək" deyib. R.M. isə cavabında "siz taksi sürücüsüsüz, mənimlə belə rəftar edə bilməzsiz" cavabını verib.

Sürücü sərnişinin sözlərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirib. O, saat 23.00 radələrində avtomobili Gəncə Qapısının yaxınlığında yolun ortasında saxlayaraq, R.M.-nı maşından düşürüb. Qadın sürücü barəsində polisə şikayət edib. Təqsirləndirilən şəxs isə sərnişinlə mübahisənin söz üstündə deyil, 10 manatlıq gediş haqqına görə baş verdiyini iddia edib.



Xəbərin oxunma sayı : 763




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap