Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi

Tarix 18.09.24, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


AXCP Rəyasət Heyətinin üzvləri Qarabağ qazisi Asif Yusifli və İlham Hüseyn istefa veriblər.

Asif Yusifli və İlham Hüseyn istefaları ilə bağlı sosial media hesablarında paylaşım ediblər. "Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm",-deyə Asif Yusifli paylaşımında bildirib.

Qeyd edək ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib.

İlham Hüseyn isə paylaşımında Asif Yusiflinin istefasından sonra cəsarətlənərək bu addımı atdığını açıqlayıb.

"İlk öncə hər birinizə təşəkkür edirəm, biz bu yolda birgə olaraq mərd, cəsur və iradəli addımladıq. Artıq mən bu yolu bitirirəm, düşünürəm bizdən sonra yeni üzvlərə şans vermək vaxtıdır. Asif Yusiflinin istefası məni bu addımı atmağa cəsarətləndirdi. Biləsiniz ki, müxalif mövqeyimdə qalıram, sadəcə AXCP-dən istefa verdiyimi "public" olaraq bəyan edirəm. Hər birinizə uğurlar. İstefa vermək özü bir mədəniyyətdir",-deyə İlham Hüseyn paylaşımında bildirib.

Musavat.com



Xəbərin oxunma sayı : 388




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap