Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Azərbaycan ət idxalını kəskin artırdı - VİDEO

Tarix 17.09.24, 22:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan xarici ölkələrdən ət idxalını kəskin artırıb. Səbəb tələbatın çoxalmasıdır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dolları təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton, dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları  çoxdur. Rəqəmləri Dövlət Gömrük Komitəsi də təsdiqləyib.

Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Hesablamalara əsasən, bunun 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici sayılır.

Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib.

Ölkəyə dondurlmuş ət də gətirilir. Belə ətlər dönərxanalarda, kolbasa və sosiska istehsalında istifadə olunur.

İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bazarda dondurlmuş ətə tələbatın artması bu məhsulun aşağı qiymətə təklif olunması ilə əlaqəlidir.

Ekspert bildirib ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir. Hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Bununula da ət idxalını 50-60 faiz azaltmaq mümkündür.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.





Xəbərin oxunma sayı : 703




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap