|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
İlham Əliyevin İtaliyada verdiyi mesajlar: müharibə kimin xeyrinə bitəcək?
Tarix 09.09.24, 14:37 |
|
Prezident İlham Əliyevin ötən həftə İtaliyaya işgüzar səfəri bir sıra geosiyasi proseslər və yeni çağırışlar fonunda strateji əhəmiyyət kəsb edir. Burada iki önəmli məsələyə xüsusilə toxunmaq zərurəti var.
Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan payı;
İkincisi, Rusiyanın Avropa bazarından çıxmasından sonra Azərbaycanın üzərinə düşən yeni vəzifələr, yaxud yaranan yeni imkanlardır;
Enerji bazarında xüsusilə "qaz müharibələri” adlandıra biləcəyimiz rəqabətin kəskinləşməsi geosiyasi çətinliklər də yaradır, xüsusilə Azərbaycan üçün bu yol heç də "hamar” deyil. Çünki bir tərəfdə Avropa ilə enerji tərəfdaşlığı, digər tərəfdə Avropanın enerji bazarından çıxan Rusiya ilə münasibətlər var və geosiyasi rəqabətdə yazılmayan "qaydalar”a görə, Moskva onun yerini tutan oyunçunu xoş qarşılamamalıdır. Lakin Azərbaycan həm Avropanın enerji təhlükəsizliyində rolunu artırmağı, həm də Rusiya ilə strateji münasibətlərini saxlamağı bacarır. Bu, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə "master-klass” hesab olunan strategiyasının nəticəsində mümkün olub.
Burada əsas diqqətçəkən məqamlardan biri Rusiya qazının da Azərbaycan üzərindən Avropaya çatdırılması perspektividir. Bu, həm Ukrayna müharibəsində görə Rusiya qazından imtina edən Avropa üçün vacibdir, həm də bazarda payı azalan Rusiya üçün. Azərbaycan geosiyasi rəqabətdə ayırıcı yox, birləşdirici rol oynamağı bacarır.
Nəticə ortadadır: Azərbaycan faktiki olaraq, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bu məqamlar xüsusilə diqqət çəkdi.
Prezident Cənub Qaz Dəhlizindən və onun imkanlarının artırılması perspektivindən bəhs etdi.
"Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”, - dövlət başçısı bildirib.
Azərbaycan liderinin bu çıxışında mühüm mesajlar yer alır:
- Azərbaycanın Avropanın etibarlı tərəfdaş olmasını Avropa Komissiyası bəyan edir: bu, Avropada anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələrə ünvanlanan mesajdır;
- Cənub Qaz Dəhlizi kəmərinin artım potensialı var: Əliyev bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha çox rol oynaya biləcəyinə diqqət çəkir;
- Avropada Azərbaycandan qaz alan 10 ölkənin 7-sinin Avropa İttifaqının üzvü olması Bakı və Brüssel arasındakı əməkdaşlığın nümunəsidir;
Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Slovakiya Azərbaycandan qaz alan Avropa ölkələridir. Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniya da Azərbaycandan qaz idxal etmək istiqamətində danışıqlar aparır. Beləliklə, Azərbaycan Avropanın böyük bir hissəsinin qaz təchizatını həyata keçirən ölkə rolunda çıxış edir.
Bu kontekstdə Avropada Azərbaycana qarşı əsassız qarayaxma kampaniyalarının aparılması, konkret desək, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin mandatının ədalətsiz şəkildə ləğv edilməsi məsələsi düşündürücüdür. Sual yaranır: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı halda, AŞPA, eləcə də digər strukturlar rəsmi Bakıya qarşı niyə qərəzli münasibət sərgiləyir?
Bunun əsasən Avropa strukturlarında kök atmış erməni lobbisinin fəaliyyəti olduğu bəllidir. Lakin rəsmi Brüssel başda olmaqla, Avropa bu məsələyə bir daha baxmalı və Azərbaycana qarşı addım atarkən iki dəfə düşünməlidir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bununla bağlı açıq mesajlar yer alırdı.
Birincisi, Prezident AŞPA da daxil olmaqla, Avropa strukturlarında anti-Azərbaycan mövqeyin gerçək səbəbini açıqladı. Bəyan etdi ki, Avropa Şurasının Parlament Assambleyasının bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi suverenliyimizi bərpa etdiyinə görə Azərbaycana qarşı tətbiq edilən sanksiya idi. Əliyev bununla:
- Avropaya "Azərbaycana qarşı atılan addımların pərdəarxasına bələdik” mesajını verdi;
- Avropada Azərbaycanı tərəfdaş hesab edən ölkələrə Bakıya qarşı siyasətin arxasındakı məsələni nümayiş etdirdi;
İkincisi, Avropa Şurası ilə münasibətlərin bərpası üçün konkret şərti elan etdi: Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar dəyişdirilərsə, rəsmi Bakı da AŞPA-nın "arzuolunmaz şəxs” elan etdiyi üzvlərinə qarşı qərarı dəyişdirəcək. Başqa sözlə desək, Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunmadığı müddətdə Azərbaycan əleyhinə səs verən deputatların ölkəyə girişində məhdudiyyət qalacaq.
Prezident İlham Əliyev hər şeyi açıq və konkret olaraq diqqətə çatdırdı. Və bununla Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu. İndi növbə Avropa İttifaqındadır: onlar üçün bir tərəfdə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayan Azərbaycan, digər tərəfdə erməni lobbisinin maraqları var. Avropa öz taleyini, öz təhlükəsizliyini düşünməli, bunu maraq qruplarının oyunlarına qurban verməməlidir. Əks təqdirdə, Azərbaycan kimi etibarlı tərəfdaşla münasibətlərində problemlər qalmaqda davam edəcək və bu, Avropanın enerji təhlükəsizliyinə risklər yaradır.
Asif Nərimanlı
Xəbərin oxunma sayı : 889
Analiz
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
-
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
-
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
-
Azərbaycanda məşhur parfümeriya şirkəti cərimələndi - QƏRAR
-
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
-
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
-
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - VİDEO
-
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - VİDOE
-
“Paşa Bank“a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...
-
Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz
-
ABŞ Kiyevə hərbi yardımı davam etdirmək niyyətindədir - Ağ Ev
-
Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?
-
Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür - Zelenski
-
“Netanyahu ilə Qallantın həbsi məcburidir” - Borrell
-
Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü
-
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
-
Xatun kamera qarşısında - Fotosessiya
-
Ronalduya Türkiyədən kritik zəng - “Xoşbəxt deyilsənsə, bura gəl“
-
Mett Qeyts ABŞ Baş prokuroru vəzifəsindən imtina etdi - adı cinsi qalmaqallarda hallanır
-
“Ukraynadakı münaqişə qlobal xarakter alıb“ - Putin
-
Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO
-
Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi - Zorakılıqda ittiham olunur
-
“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova
-
“İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir“ - Hesablama Palatası
-
“ELVİ.M.M Services Group“ inzibati məsuliyyətə cəlb edildi - Mərkəzi Bank tərəfindən
-
Bu ədviyyatlar həm arıqladır, həm də... - SİYAHI
-
Yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT
-
“Ağlını itirən Rusiya nə qədər qorxduğunu göstərdi” - Zelenski
-
Qəbul etdiyi qətnamə Lüksemburq parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir - Milli Məclis
-
“Üçüncü dünya müharibəsi başlayıb” - Zalujnı
-
“Mars və Aydakı deyil, Yerdəki suya diqqət yetirməliyik“ - Aİ-nin xüsusi səfiri
-
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
-
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Açıqlama
-
Şabalıdın bahalaşmasının səbəbi nədir? - VİDEO
-
Pakistanda terror aksiyası: 38 nəfər öldü - Azərbaycan başsağlığı verdi
-
“Altın kelebek“in azərbaycanlı namizədləri - FOTO
-
Küləkli hava şəraiti ilə bağlı sarı - Xəbərdarlıq
-
MİT rəhbəri CHP sədri ilə görüşdü - Fətullah Gülənlə bağlı
-
Azərbaycanda mühərrikin həcminə görə ən çox hansı avtomobillərə tələb var? - Siyahı
-
Hakim dələduzluqda ittiham olunan şəxsi ev dustaqlığına buraxıb - Zərərçəkənlər etiraz edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“400 minlik yeyintidən xəbərim olmayıb“ - Sabiq nazirin oğlu
-
Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
-
Azərbaycanda alimentin məbləği artırılır
-
Şəhidin atası vəfat etdi - Foto
-
Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
-
Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin (FOTO)
-
“Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans və... - İşçilərin pulu niyə ödənilməyib?
-
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
-
"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib
-
“İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq“ - İsrail rəsmisi
-
Pambığın ixrac qiyməti azalsa da, ondan gəlirlər kəskin artıb - Statistika
-
Milli Məclisdə yeni təyinatlar olub - Adlar + FOTOLAR
-
“Bizim pensiya sistemimiz çox humanistdir“ - Nazir
-
Türkiyədə azərbaycanlı qadın küçədə öldürüldü - Video
-
Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO
-
Generalın oğlu AYNA-dan vəzifədən getdi - Bu xidmətə müşavir təyin edildi
-
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar...“ - Zaxarovadan xəbərdarlıq
-
Pensiyaçılarla bağlı məlumat açıqlandı - Artım var
-
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
-
Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - Xərclər
-
Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar
-
“Yaşa görə əmək pensiyalarının orta məbləği 569 manat olacaq” - Nazir
-
Podiumdan yaşıl meydana - 23 yaşında klub prezidenti oldu - Video
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Fotolar
-
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
-
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr
-
Alimenti təkcə ata ödəməli deyil - Məbləğ necə hesablanır?
-
Pivə istehsalçısı “Calsberg Azerbaijan“ cərimələndi - QƏRAR
-
Bitcoin qiyməti 96 min dollar həddini keçdi - REKORD
-
Siyavuş Novruzov Naxçıvan rəhbərliyini “topa tutdu“ - 1.2 milyard pul, tenderlər və... (VİDEO)
-
ABŞ-nin strateji qüvvələri hakimiyyətin Trampa keçməsinə hazırdır - Pentaqon
-
Ronaldo, Bekhem, Zidan... - “Real” şkaflarını satır
-
Ağdamda yeni və müasir şəhər salınır - 4 ildə görülən böyük işlər
TOP 10
ARXİV