Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Zəngəzurda intriqa kəskinləşir: Putindən Paşinyana, İrəvandan Tehrana zəng

Tarix 26.08.24, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


"Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib. Məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır. İki gün öncə İrəvandan Tehrana eyni məqsədlə zəng edilmişdi, hərçənd, Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkdi. Və istisna deyil ki, Mirzoyan Əraqçini təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib..."

AzFakt.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı öz yazısında bildirib.

Yazıda daha sonra  bildirilir: "Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı. Bakı-Moskva-İrəvan diplomatik trafikində Rusiyanın hədəfi bəllidir: həm sülh danışıqlarında, həm də bu danışıqların alt bəndlərində - sərhədin delimitasiyası, kommunikasiyanın açılması – arxa plana keçmiş iştirakçılığını aktuallaşdırmaq;

Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin, nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib.

Əsas diqqətçəkən məqam telefon danışığı ilə bağlı İrəvanın rəsmi məlumatının fərqli olmasıdır. Rəsmi məlumatdan aydın olur ki:

- Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini qəbul etməyib;

- Nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılması məsələsinə qayıdışı qəbul etməyib;

Bu, regionda, xüsusilə Zəngəzur dəhlizi ətrafında intirqaları kəskinləşdirir. Putinin Bakı səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar da bundan qaynaqlanırdı. Lavrov kommunikasiyanın açılmamasına görə Ermənistanı ittiham etdi, onun sözçüsü Zaxarova isə bir qədər də irəli gedərək, regionda kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun danışıqlarındakı detalları açıqladı:

- 2023-cü ilin 2 iyununda əldə olunan razılaşmaya görə, kommunikasiyanın açılmasında İrəvanın istədiyi "suverenlik prinsipi” qorunur, Azərbaycandan Naxçıvana gedən yüklər və sərnişinlər FTX tərəfindən müşaiyət olunur;

- bu, "Kalininqrad dəmir yolu” modelinin rus variantı üzrə tətbiqi deməkdir; bu model ilk dəfə Brüssel danışıqlarında gündəmə gəlib, kommunikasiyanın açılmasında Rusiyanın iştirakını bloklamaq istəyən Qərb Bakının da maraqlarının təmin edilməsi üçün Naxçıvana çıxışda "Azərbaycandan Azərbaycana prinsipi”nin müzakirə masasına daxil edilməsinə razılaşıb;

- görünür, dəhlizin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılmasının çətin olduğunu, xüsusilə Qərbin önə çıxdığını anlayan Moskva da eyni prinsipin FTX-nın iştirakı ilə reallaşmasını irəli sürüb və Zaxarovanın açıqlamasına görə, razılaşdırılıb da, hərçənd, İrəvan razılaşmanın praktiki müstəvidə işə düşməsinə imkan verməyib, çünki bunu təkcə Paşinyan yox, onun Qərb tərəfdaşlarını da istəmir;

Putinin Paşinyandan istəyi budur, həm Bakının, həm İrəvanın maraqlarına uyğun ortaq mövqeyin tapılması – Naxçıvana maneəsiz keçidin "Azərbaycandan Azərbaycana prinsipi” üzrə açmaq və rusların dəhlizdə mövcudluğunu təmin etmək, nəticədə regiondankənar oyunçuları oyundan çıxarmaq. İrəvanın telefon danışığı ilə bağlı açıqılaması Putinə diplomatik dillə "yox” cavabının verildiyini deməyə əsas verir.

Bu məqam Bakının maraqları fonunda Rusiya təzyiqinin İrəvana yönəlməsi baxımından sərfəlidir. Azərbaycan Moskvada danışıqların davam etdirilməsinə hazır olduğunu bəyan etdi, eyni zamanda, kommunikasiyanın FTX-nin iştirakı ilə açılması Bakının Naxçıvana çıxış əldə etmək planına zidd deyil. 

Bakı diplomatik manevrlə məsələni Moskva-İrəvan xəttinə yönəldir və Rusiyanın Ermənistana təzyiqinə zəmin yaradır. Mövcud vəziyyətdə nəqliyyat dəhlizlərinin Rusiya üçün həyati əhəmiyyətini nəzərə alanda İrəvana təzyiqin güclənəcəyi görünür. Putin-Paşinyan danışığından bir neçə saat sonra Mirzoyanın Tehrana zəngi də yaranmış vəziyyəti İrana izah etmək və regional müstəvidə dəstək əldə etmək məqsədi daşıyırdı.

Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini də sürətləndirəcək. Bu məqsədlə Azərbaycanla sərhəddə təxribat hücumlarının genişlənəcəyi istisna edilməməlidir".



Xəbərin oxunma sayı : 868




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap