Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdədir - 700-800 min manat

Tarix 30.10.24, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Son 10 ildə Bakıda torpaqların qiyməti dəfələrlə artıb. Bunun səbəbi ilk növbədə torpağa olan tələbatla bağlıdır.

Bunu Modern.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.

O qeyd edib ki, həm yaşayış evlərinin, həm çoxmənzilli yaşayış binalarının tikintisinə olan tələbat qiymət artımına səbəb olur:

"Paytaxt Bakıda demək olar ki, torpaq tapmaq mümkün deyil. Hətta vəziyyət o dərəcədədir ki, iri torpaq sahələrinin bir sotunun qiyməti xırda torpaq sahələrinin bir sotunun qiymətindən daha çoxdur. Buna təsir göstərən amillərdən əsası Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri ilə bağlıdır. Belə ki, komitənin çoxmənzilli binaların tikintisi ilə əlaqədar torpaq sahələrinə qoyduğu tələbat artıb. Bu artım vəziyyəti daha da şiddətləndirdi".

Ekspert bildirib ki, bir bloklu binanın tikintisi üçün 0.6 hektar torpaq sahəsi tələb olunur:

"Yəni 60 sot torpaq sahəsində bir bloklu binanın tikintisinə icazə verilir. Bu böyüklükdə torpaq sahələrini də şəhərin mərkəzində demək olar tapmaq mümkün deyil. Yalnız köhnə evləri sökməklə, yaxud onları kompensasiya verərək yerləşdirməklə bu addım atıla bilər ki, bu da çox baha başa gəlir. Bu səbəbdən paytaxtda bəzi yerlərdə torpağın qiyməti 700 min, 800 min hətta bir milyona qədər çıxa bilər. Nərimanov rayonunda bəzi yerlərdə torpağın bir sotunun qiyməti 500 min manatadək arta bilir”.

R.Qasımzadənin sözlərinə görə, ən baha torpaq sahələri Nərimanov, Nəsimi, Səbail rayonlarında yerləşir: "Bir qədər kənarda olan Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarında da torpaqlar fərqlənir. Məsələn Xətai rayonunda torpağın bir sotu 30 min manatdan başlayaraq 250 min manata qədər dəyişə bilir. Nizami rayonunda da həmçinin qiymətlər 25 min manatdan başlayaraq 350 min manata qədər dəyişə bilir. Ən bahalı torpaq sahələri çıxarışı olan, xüsusi mülkiyyətdə olan torpaq sahələridir”.

Ekspert sonda vurğulayıb ki, sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı olan torpaq sahələri daha qiymətə satılır:

"Sahibkarlıq və sənaye-nəqliyyat təyinatlı torpaq sahələrindən sonra yaşayış təyinatlı torpaq sahələri gəlir. Respublikada ən ucuz torpaq sahələri isə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Onların bir sotu 50 manatdan başlayaraq 400-450 manata qədər arta bilir. Məlum olduğu kimi, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin yaxud kənd təsərrüfatı xaricində digər tikililərin tikintisinə icazə verilmir”.



Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap