Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Çin iqtisadiyyatı zəifləyir? - Milyarderlərinin sayı azalıb...

Tarix 30.10.24, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Çin iqtisadiyyatının problemləri biznes jurnalistikasının ən populyar mövzularından biridir.

“Haqqin.az” xəbər verir ki, dünən möcüzəvi şəkildə yüksələn yoxsul ölkə indi əvvəlki heyrətamiz artım templərini nəzərəçarpacaq dərəcədə itirib və görünür, daha onlara qayıda bilməyəcək.

Düzdür, proseslərin real vəziyyətini mühakimə etmək kifayət qədər çətindir: bir çox analitiklər rəsmi statistikaya “nə qədər inanmaq olar” sualını səsləndirilər. Ancaq bu iqtisadi nəhəngin “sağlamlığını” mühakimə etmək üçün dolayı göstəricilər var.

“Financial Times” ənənəvi olaraq çinli milyarderlərin siyahısını tərtib edən “Hurun Araşdırma İnstitutu”-nun məlumatlarını dərc edib. Məlum olub ki, son üç ildə Çində nəhəng sərvət sahiblərinin sayı üçdə bir qədər azalıb.

Heç də qəribə deyil ki, Çində milyardlarla dollarlıq sərvətə sahib olan insanlar daha azdır. Belə tendensiyaları nəzərə alsaq, milyarderlərin sayının azalmaması qəribə olardı.

Çində 2021-ci ildə ən çox milyarder olub – 1185. İndi onların sayı 753 nəfər, 3 il əvvəlllə müqayisədə 36% azdır. Bu, yuanın bu müddət ərzində 10% ucuzlaşması ilə izah oluna bilməz. Təkcə son bir ildə Çində dollar milyarderlərinin sayı 16%, yuanın dollara nisbətdə məzənnəsi isə 2,5% azalıb.

Mühüm amil inkişaf sahəsində problemlərlə bağlıdır. Belə ki, siyahıda birinci cərgəni “ByteDance”-ın rəhbəri və TikTok platformasının (Çində onun analoqu Douyin adlanır) yaradıcısı Çjan Yiminq tutur. Onun sərvəti 49 milyard dollar həcmində qiymətləndirilir.

TikTok-un “atası” içəmli su satışının “padşahı” “Zhong Shanshan”-ı üç il dalbadal tutduğu birinci yerdən kənarlaşdırıb. Onun nisbi uğursuzluğunun səbəbləri isə iqtisadi amillər deyil. Onun əsas şirkəti olan “Nongfu Spring”-in səhmləri, sahibinin sosial mediada Yaponiya tərəfdarı olmaqda ittiham edilməsindən sonra 40% ucuzlaşıb. Bu, Çində zarafat olunası mövzu deyil. Ancaq demək olar ki, 48 milyard dollar sərvətlə ikinci mövqe heç də fəlakət deyil...

Üçüncü və dördüncü yerlərdə e-ticarət liderləri, “WeChat” əlavəsinin sahibi olan “Tencent”-in təsisçisi Poni Ma və Pinduoduo və “Temu” onlayn mağazaların təsisçisi Kolin Huanqdır.

Həddindən artıq sosial aktivliyə görə səlahiyyətlilərlə problem yaşayan məşhur “Alibaba”-nın rəhbəri Cek Ma isə 23 milyard dollarlıq varidatla 2020-ci ildəki birinci mövqeyindən onuncu yerə sürüşüb.

Milyarderlər siyahısında smartfonlar, litium batareyalar, dronlar və günəş panelləri sahəsində biznes sahibləri görkəmli mövqeləri tuturlar. Onların uğurları əsasən bu yüksək texnologiyalı şirkətlərin qloballaşaraq beynəlxalq bazarlarda fəaliyyət göstərmələri ilə bağlıdır. Problemlər isə ilk növbədə çətin dövrünü yaşayan daxili bazarla bağlı Çin şirkətlərinin özlərindən qaynaqlanır.

Ən zəngin Çinlilərin 15%-i Honq-Konq, Makao və Tayvanda yaşayır. 30 nəfər yaşayış yeri kimi ABŞ və Sinqapuru seçib. Çində milyarderlərin sayının azalması təkcə ölkədəki iqtisadi çətinliklərlə deyil, həm də böyük bizneslərə qarşı təqiblərin artdığı son illərin siyasəti ilə əlaqələndirilir. Böyük miqyasda sərvət, əlaqələr muxtariyyətə və müstəqilliyə çevrilir və bu isə sistem üçün təhlükəlidir.

Maraqlıdır ki, “HurunAraşdırma Mərkəzi”-nin siyahısına Çin Kommunist Partiyasının və Çin Milli Assambleyasının ən yüksək vəzifəli nümayəndələri də daxil edilib: onlar milyarderlər siyahısının 15%-ni təşkil edirlər.

Hələlik belə görünür ki, Çin iqtisadiyyatının ən parlaq dövrü arxada qalıb. Ölkəyə daxil olan xarici investisiyalar digər perspektivli istiqamətlərə üstünlük verir. Zəif daxili istehlak qlobal bazarı təmin etmək üçün yaradılmış nəhəng iqtisadiyyatı ayaqda saxlaya bilmir.



Xəbərin oxunma sayı : 385




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap