Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı

Tarix 30.10.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Hacı Qurban kimi tanınan iş adamı Qurban Abasova məxsus "İlkin-N” şirkəti borca düşüb.

Bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, şirkətin 5 saylı Ərazi Vergilər İdarəsinə uzun müddətdir ki, vergi borcu mövcuddur. Hazırda isə bu borcun miqdarı 51 385 manat təşkil edir. Ötən ilin oktyabrında Hacı Qurbanın şirkətinin borcu 400 min manatı ötmüşdü və elə ötən ilin dekabrında həmin borcun 200 min manatını ödəmişdi. Görünən odur ki, Hacı Qurban son bir ildə kifayət qədər böyük həcmdə borc ödəməyə məcbur edilib. 

Məlumat üçün onu da bildirək ki, "İlkin-N” şirkəti uzun illər dövlət müəssisələrinin dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub. Amma artıq dövlət satınalmalarının vahid internet portalında nəzər yetirdikdə "İlkin-N” şirkətinin tenderlərə qatıldığı müşahidə olunmur. Məlumata görə, şirkət sonuncu dəfə ötən ilin iyun ayında Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin 6,2 milyon manatlıq tenderinin qalibi olub. Beləliklə, "İlkin-N” şirkəti bir ildən çoxdur ki, dövlət satınalmalarında təchizatçı qismində iştirak etmir.

Xatırladaq ki, "İlkin-N” 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 7,1 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur. 

"İlkin-N” şirkətinin fəaliyyətinin əhatə dairəsində bir çox sahələr mövcuddur. Belə ki, şirkət təmir, tikinti, bərpa, su meliorasiya işlərinin reallaşdırılması (zəruri ehtiyat hissələri və mal-materialların satınalınması), kommunikasiyanın xəttinin çəkilməsi, avtomobil təmiri (ehtiyat hissələrinin satınalınması), tədbirlərin təşkilatçılığı və s. sahələri əhatə edən fəaliyyət növləri ilə məşğul olub.




Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap