| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Hakim kürəkənini öldürdürən qayınatanı məhkəmə zalından sərbəst buraxdı - DETALLAR
Tarix 22.10.26, 11:47 |
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Xitab24.az xəbər verir ki, qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxsin cinayət işi üzrə qəbul olunub. Ali Məhkəmə işin hallarına hüquqi qiymət verərək məhkumun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi tövsif edib və cəzasını 1 il 6 aya endirib.
Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxsin qızı uzun müddət həyat yoldaşı tərəfindən ailə-məişət münasibətləri zəminində fiziki və mənəvi zorakılığa məruz qalıb. Müxtəlif vaxtlarda qadına əl və ayaq zərbələri endirilib, kəsici alətlə xəsarətlər yetirilib, nəticədə onun sağlamlığına yüngül və az ağır zərər vurulub. Qadının həyat yoldaşı onun müstəqil qərar qəbul etmək hüququnu tanımayıb, öz icazəsi olmadan hər hansı addım atmasını yolverilməz hesab edib. Qızının davamlı zorakılığa məruz qalması və ailədə sərbəst qərar vermək imkanlarının məhdudlaşdırılması atasının kürəkənindən ciddi narazılığına səbəb olub.
2024-cü il yanvarın 18-də qadın yaşadığı evdə yenidən əri tərəfindən döyülüb. Nəticədə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və digər xəsarətlər alıb.
Zorakılıqdan xilas olmaq istəyən qadın azyaşlı uşağı ilə birlikdə evdən qaçaraq yaxınlıqdakı mağazada gizlənib və atasından kömək istəyib. Ata qızını və nəvəsini öz evinə aparıb, səhhəti pisləşən qızını isə xəstəxanaya yerləşdirib.
Lakin kürəkən həyat yoldaşının evdən getməsini qəbul etməyərək həmin gün qayınatasının yaşadığı evə gəlib. Burada aqressiv davranıb, onu sakitləşdirməyə çalışan şəxslərə qarşı da zorakılıq nümayiş etdirib. Hadisə barədə məlumat alan qayınata xəstəxanadan evə qayıdaraq kürəkənini söhbətə dəvət edib. O, qızına qarşı davamlı zorakılığın və onun evdən getməsinə aqressiv etirazının səbəblərini aydınlaşdırmağa çalışıb. Lakin kürəkən qayınatasına kobud münasibət göstərərək qızını döyməsi ilə bağlı “yaxşı edirəm, döyürəm†deyə cavab verib. Bundan sonra ona şillə vurub, gödəkcəsində gizlətdiyi mətbəx bıçağını çıxararaq hücum edib və baş nahiyəsinə xəsarət yetirib.
Qarşıdurma zamanı kürəkənin ilişərək yıxılmasından istifadə edən qayınata bıçağı onun əlindən alıb. Buna baxmayaraq, kürəkən təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Qayınata isə əlindəki bıçaqla kürəkəninə dörd xəsarət yetirib.
Xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması nəticəsində kürəkən kəskin qanitirmədən həyatını itirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin 26 fevral 2026-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
Aşağı instansiya məhkəmələri hesab ediblər ki, qayınata bıçağı kürəkəninin əlindən aldıqdan sonra onun həyatı üçün təhlükə aradan qalxıb və bundan sonra bıçaq zərbələrinin endirilməsi qəsdən adam öldürmə cinayətinin tərkibini yaradıb. Müdafiə tərəfi isə şəxsin özünü real hücumdan müdafiə etdiyini bildirərək əməlin Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə tövsif edilməsi tələbi ilə kassasiya şikayəti verib.
Ali Məhkəmənin Cinayət Kollegiyası isə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağı instansiya məhkəmələrinin əməlin hüquqi tövsifi ilə bağlı gəldikləri nəticəni düzgün hesab etməyib.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılan iş üzrə qəbul edilən qərarda qeyd edilib ki, zəruri müdafiə hüququ şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli qəsddən qorumaq məqsədilə hücum edənə zərər vurmasına imkan verir. Bu hüquq yalnız hücumdan yayınmaq və ya passiv müqavimət göstərməklə məhdudlaşmır.
Ali Məhkəmə vurğulayıb ki, hücuma məruz qalan şəxsdən hadisənin bütün təfərrüatlarını soyuqqanlılıqla qiymətləndirməsi və müdafiə tədbirlərinin sərhədlərini dəqiqliklə müəyyən etməsi tələb edilə bilməz. Zəruri müdafiə vəziyyəti qiymətləndirilərkən hücumun xarakteri və təhlükəlilik dərəcəsi, tərəflərin fiziki imkanları, istifadə olunan vasitələr, hadisənin başvermə şəraiti, eləcə də müdafiə olunan şəxsin qorxu, təşviş və həyəcan vəziyyəti nəzərə alınmalıdır.
Kassasiya instansiyası müəyyən edib ki, hadisə zamanı ilkin ictimai təhlükəli hücum məhz kürəkən tərəfindən həyata keçirilib. O, qayınatasına fiziki zorakılıq göstərib, bıçaqla hücum edərək xəsarət yetirib. Ali Məhkəmənin qənaətinə görə, qayınatanın bıçağı kürəkəninin əlindən alması hücumun avtomatik olaraq başa çatması anlamına gəlmirdi.
Belə ki, kürəkən bıçağı itirdikdən sonra da zorakılıq niyyətindən əl çəkməyib, təpik və yumruq zərbələri ilə hücumunu davam etdirib. Onun qayınatasından cavan, fiziki cəhətdən daha güclü və cüssəli olması, idmanla məşğul olması da nəzərə alınıb. Bundan başqa, mərhumun əlinin üç barmağında aşkar edilmiş kəsilmiş yaralar qarşıdurmanın bıçağa nəzarət uğrunda fiziki mübarizə şəraitində baş verdiyini göstərən sübutlardan biri kimi qiymətləndirilib.
Ali Məhkəmə bildirib ki, ictimai təhlükəli qəsdin başa çatıb-çatmadığı yalnız bıçağın bir şəxsin əlindən digərinə keçməsi ilə deyil, hadisənin bütün şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, qayınata real və davam edən ictimai təhlükəli hücuma məruz qalıb və özünü müdafiə etmək məqsədilə hərəkət edib. Bununla yanaşı, qayınatanın kürəkəninə bıçaqla dörd xəsarət yetirməsi, həmin xəsarətlərdən üçünün həyat üçün təhlükəli olması və nəticədə ölümün baş verməsi müdafiə tədbirlərinin mövcud təhlükənin dəf edilməsi üçün zəruri olan həddi aşdığını göstərib.
Kassasiya instansiyası vurğulayıb ki, müdafiə həddinin aşılması şəxsin ümumiyyətlə hücuma məruz qalmadığını və özünü müdafiə etmədiyini göstərmir. Zəruri müdafiə həddini aşmaqla adam öldürmə ilə adi qəsdən adam öldürmə arasındakı mühüm fərq ondan ibarətdir ki, birinci halda şəxs real ictimai təhlükəli qəsddən müdafiə məqsədilə hərəkət edir, lakin tətbiq etdiyi müdafiə tədbirləri hücumun xarakterinə və təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmir.
Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri bu fərqi və hadisənin faktiki hallarını tam nəzərə almayaraq əməlin hüquqi tövsifində səhvə yol veriblər. Buna görə də məhkumun əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci maddəsinə – zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə cinayətinə tövsif edilib.
Ali Məhkəmə cəza təyini zamanı şəxsin cinayət törətdikdən sonra könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlməsini, təqsirini etiraf etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini, əməli zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmişin hüquqi varisi ilə barışmasını yüngülləşdirici hallar kimi nəzərə alıb.
Cəzanı ağırlaşdıran hər hansı halın olmadığı da müəyyən edilib.
Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyası və 60.1-ci maddəsinin tələbləri nəzərə alınaraq məhkuma 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzaçəkmə müddətinin 18 yanvar 2024-cü il tarixdən hesablanması nəzərə alınaraq şəxs cəzasını çəkmiş hesab edilib və məhkəmə iclas zalından dərhal azad olunub.
Xəbərin oxunma sayı : 2086
Hadisə
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






