“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti

Tarix 01.04.25, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.

AzFakt.com qafqazinfo.az-a istinadən xəbər verir ki, yenə də dələduzluqda təqsirli bilinib.

İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.

Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib: "İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik. Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-ü oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb".

Fotoda: Aytac Əliyeva və İlknur Turkut

Xanım müttəhim zərərçəkmişin dediklərini təsdiq edib. Amma özünü qismən təqsirli bilib. O, azadlığa çıxdıqdan sonra pulun qalan hissəsini də qaytaracağına söz verib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə 13 ay davam edən məhkəmə araşdırması nəhayət başa çatıb. 
İlknura 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Əvvəlki cəzası ilə birləşdirilməklə ümumi cəzası 6 il 6 ay olub. 

Zərərçəkmiş şəxsin vurulmuş ziyana görə qaldırdığı mülki iddia da qismən təmin edilib. Belə ki, təqsirləndirilən şəxsdən vurulmuş ziyana görə 14 min 500 manat tutularaq zərərçəkmişə verilməlidir. Mənəvi ziyanla bağlı iddia isə əsaslı sayılmayıb.

Qeyd edək ki, İlknurun bacısı Aytac keçən il rüşvət alma, dələduzluq və sənəd saxtalaşdırma cinayətlərinə görə 7 illik həbsə məhkum edilib.



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap