“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Kartofun kiloqramı niyə 7 manata olub? - Səbəbi açıqlandı

Tarix 25.03.25, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bazarda xırda kartofun kiloqramının birdən-birə 7 manata qədər artmasının səbəblərini açıqlayıb.

AzFakt.com xəbər verir ki, Pravda.az-ın suallarını cavablandıran ekspert bildirib ki, Azərbaycan tələbatı yetərincə ödəyəcək həcmdə kartof istehsal edə bilmədiyi üçün bahalaşma olub.

O qeyd edib ki, Azərbaycanda kartofa olan tələbat 1 milyon 500 min tondur: “Bu həm istehlak etdiyimiz kartofdur, həm toxum materialıdır, həm də mümkün olan itkilərdir. Yəni ümumilikdə, 1 milyon 500 min ton kartof istehsal etməliyik ki, Azərbaycan özünü kartofla tam təmin edə bilsin. Biz isə 1 milyon tondan az – 998 min ton kartof istehsal edirik. Demək olar, istehsalın həcmi 35% azdır. Tələbatı ödəyə bilmədiyimiz üçün bazarda qiymətlər tez-tez və daha çox artan istiqamətə dəyişir. Bu ilin əvvəllərindən də müşahidə edirik ki, Azərbaycanda kartofun qiyməti çox yüksəkdir, bahalaşma davam edir. Digər tərəfdən keyfiyyətli kartof çatışmazlığı var. Bazara çıxarılan kartof bir çox halda standarta cavab vermir. Eyni ölçüdə olmur, fərqli ölçüdə olur, əmtəə görünüşü cəlbedici deyil, kələ-kötürdür. Çürük, xəstə kartoflar var. Təəssüf ki, bu gün bazara, yarmarkalara çıxarılan kartofların əmtəə görünüşü belədir, keyfiyyəti isə aşağıdır. Bu isə ondan xəbər verir ki, Azərbaycanda həm də keyfiyyətli kartof istehsalı təşkil edilmir. Əvvəllər Rusiyadan böyük həcmdə kartof idxal edilirdisə, indi Rusiyada da kartofun qiyməti artıb. Bu da Azərbaycanda qiymətə təsir edir”.

Vahid Məhərrəmli xırda kartofun kəskin bahalaşmasının səbələrini belə izah edib: “Kartof bazarında xaotik vəziyyət yaranıb. Kartof istehsalı ilə məşğul olan sahibkarlar faraş kartofu indiki məqamda bazara çıxarmağa çalışırlar ki, daha çox qazanc əldə etsinlər. Bir müddət sonra bazara tələbatımız qədər yox, amma nisbətən artıq kartof çıxacaq. Sahibkarlar məhsulu özlərinə sərf edən qiymətə sata bilməyəcəklər. İndi kartof tam yetişməyib. Buna görə də xırda kartofları çıxarıb satırlar. Bu məsələdə sahibkarları günahlandırmaq düzgün olmaz. Əlbəttə, arada pul qazanmaq istəyən tədarükçülər var. Sahibkarlar kartofu özləri bazara çıxarmırlar. Onlara bu imkanı vermirlər. Arada işbazlar var ki, onlar kartofu sahibkarlardan alırlar və daha yüksək qiymətə bazarda təklif edirlər. Onlar sanki bazarın nəbzini tutublar, çünki təklifin az olduğunu yaxşı bilirlər. Satıcılar da bu işdə daha çox qazanc əldə etməyə çalışırlar. Əlbəttə, o demək deyil ki, kartofun maya dəyəri qalxıb, bu səbəbdən satış qiyməti yüksəkdir. Xırda kartofun maya dəyəri ona görə yüksək ola bilər ki, sahibkarlar gözləmirlər, faraş kartofu bazara çıxarırlar. Belə halda məhsuldarlıq onlarda iki dəfə aşağı düşəcək. Bu da vadar edir ki, itkini kompensasiya etsinlər. İnanmıram ki, vasitəçilər kartofu 1 manat 50 qəpik – 2 manatdan baha alsınlar. İndi görün, vasitəçilər nə qədər qazanırlar. Təxminən, 3,5 dəfə çox arada qazanc əldə edirlər. Bütün bunların səbəbi budur ki, çox təəssüf, bazarda rəqabət mühiti yarada bilmədik. Bazar inhisarçılarla doludur. Hər sahənin öz inhisarçısı var. Hətta xaricdən də bir çox halda məhsul gətirirlər. Təbii ki, qiymət artımı sünidir, təbii deyil. Bunu təklif və tələblə əlaqələndirmək olar ki, qiyməti bazar müəyyən edib. Amma bazar bir anda bu qədər bahalaşdıra bilməz. Oyunçular vəziyyətdən sui-istifadə edirlər”.

Ekspert kartofun ucuzlaşması ehtimalını da istisna etməyib: “Bazarda təklif artıqca kartofun qiyməti düşəcək. Bir müddət sonra faraş kartof bazara çıxarılacaq, bu da qiyməti yavaş-yavaş aşağı salacaq. Yay aylarında daha çox kartof çıxanda qiymət 1 manatdan aşağı düşəcək. Amma bunu birmənalı demək çətindir. Çünki hələ bilmirik. Bazarda təlatüm var, mal-məhsulun qiyməti tez-tez dəyişir. İnflyasiyanın faizi birdən-birə arta bilər. Artıq bunu görürük. Belə halda kartofun qiymətinin kəskin şəkildə aşağı düşəcəyini düşünmürəm. Nisbətən düşəcək, amma əvvəlki illərdə olan qiymət olmayacaq. Bazarda bütün mal-məhsulda dəyişiklik görürük”.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap