“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”

Tarix 18.08.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın bəzi KİV-lərində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərə qarşı təhqiramiz və təhdid xarakterli materialların yayımlanması Azərbaycan Mətbuat Şurasının narazılığına səbəb olub.

AzFakt.com xəbər verir ki, Mətbuat Şurası bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, bu cür materialların yayılması sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə ziddir.

Şura bildirib ki, Rusiyanın informasiya məkanında bu kimi hallara ardıcıl şəkildə rast gəlinir və bu, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, eləcə də iki ölkənin media əlaqələrinə tamamilə ziddir.

"Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibətilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib”, – deyə bəyanatda vurğulanıb.

Mətbuat Şurası Rusiyanın informasiya məkanında yayılan bu cür materialların Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurduğunu bildirib.

Şura baş verənləri qətiyyətlə pisləyərək, Rusiyanın media ictimaiyyətini və bütövlükdə cəmiyyəti Azərbaycan-Rusiya media əlaqələrini və xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallara qarşı ciddi tədbirlər görməyə çağırıb.

Bəyanatda Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz ifadələrin və təhdidlərin yolverilməz olduğu xüsusi vurğulanıb.

Mətbuat Şurası həmçinin belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını xatırladıb.s



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap