Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Mingəçevirdə 16 yaşlı autizm xəstəsinin pensiyası kəsilib - VİDEO

Tarix 13.06.22, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə 2006-cı il təvəllüdlü əqli qüsurlu yeniyetmə, şəhər sakini Həsənli Həsən Samir oğlunun pensiyası kəsilib.

Bu barədə Yeniavaz.com-a müraciətində onun yaxınları məlumat verib.
Doğmaları uşağın anadangəlmə serebral beyin iflici, əqli gerilik, autizm xəstəliyindən əziyyət çəkdiyini deyib.
O, Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatdadır. Hər ay uşağa oradan dərmanlar da verilir. Son 3 aya qədər müalicəsi mümkünsüz olan xəstəliklərdən əziyyət çəkən Həsən Həsənlinin özünə 200 manat, ona baxdığına üçün atası Ramiz Həsənova isə 80 manat pensiya verilib. Amma mart ayından həmin ödəniş dayandırılıb.
Yeniyetmənin babası Həsənin dərmansız sakitləşmədiyini, özünü idarə edə bilmədiyini deyib. 16 yaşlı yeniyetmə heç bir səsə, çağırışa reaksiya vermir. Doğmaları uşağı bir dəqiqə belə tək buraxmaq mümkün olmadığını deyirlər. O bədənin müxtəlif nahiyələrini dişləyərək özünə xəsarətlər yetirir. Uzun müddətdir Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olan Həsənin pensiyasının kəsilməsini atası Samir Həsənov belə izah edir:
“Mingəçevir Ruhi Əsəb Dispanserinə gedirik, deyirlər ki, imtina gəlib. Bakı Mingəçevirin üstünə atır, Mingəçevir də Bakının. Bizə isə gözləmək qalır, imtina gəlir”.
Mingəçevir Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova da məsələyə münasibət bildirib: “Biz burdan xəstənin vəziyyəti barədə nə lazımdır məlumatları yazıb göndəririk”.






Xəbərin oxunma sayı : 1060




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap