“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Naxçıvanda 48 dönərxanada monitorinqlər keçirildi:Nöqsanlar aşkarlandı

Tarix 26.03.25, 20:40

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib.

AzFakt.com xəbər verir ki, muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.

Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib. Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən "Dan Yeri Kafe";

- Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrangahında fəaliyyət göstərən "Tac Dönər";

- Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən "Qızılay" restoranı;

- Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Sizin Kafe" ;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, "Cahan" Ticarət Mərkəzində fəaliyyət göstərən Nizami Abbas oğlu Babayevə məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində fəaliyyət göstərən Əhməd Məhəddin oğlu Kərimova məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, "Cahan" Ticarət Mərkəzində fəaliyyət göstərən İlqar Tağı oğlu Abbasova məxsus dönərxana;

- Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, "Cahan" Ticarət Mərkəzində fəaliyyət göstərən Məmməd Əli oğlu Xəlilova məxsus dönərxana;

- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, "Cahan" Ticarət Mərkəzində fəaliyyət göstərən "Tac Dönər";

- Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən "Real Dönər";

- Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Xəyal Əbülfət oğlu Vəliyevə məxsus dönərxana;

- Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən "Nənəmin Təndiri Dönər";

- Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Ailə Dönər".

​Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 13 ədəd "Didi" və 3 ədəd "Sarıkız" markalı alkoqolsuz qazlı içki yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilmiş, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.

Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.



Xəbərin oxunma sayı : 658




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap