“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur“ - Makron

Tarix 28.03.25, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Prezidenti Emmanuel Makron İsrailin bu gün Livana endirdiyi hava zərbələrini pisləyib və bunu atəşkəsin pozulması kimi qiymətləndirib.

APA xəbər verir ki, Makron Beyruta edilən hücumların qəbuledilməz olduğunu vurğulayaraq İsrailin bu addımının heç bir əsası olmadığını bildirib.

Makron İsrailin zərbələrinə haqq qazandıran heç bir fəaliyyətin olmadığını və hücumları müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edəcəyini vurğulayıb.

“Livan və İsrailin razılaşdığı çərçivə bu gün İsrail tərəfindən birtərəfli qaydada pozulub. İsrailin bu gün Livana zərbələrinin heç bir əsası yoxdur. Yaxın 48 saat ərzində İsrailin Baş naziri ilə danışacağam”, - Makron əlavə edib.

Parisdə səfərdə olan Livan Prezidenti Cozef Aun isə Makronla görüşü zamanı İsrailin Beyruta hava hücumlarını pisləyib və bunu atəşkəs razılaşmasının İsrail tərəfindən pozulmasının davamı kimi qiymətləndirib.

Qeyd edək ki, "Reuters" agentliyinin məlumatına görə, İsrailin hərbi hava qüvvələri bu gün Livan paytaxtının cənub ətraflarına zərbələr endirib.





Xəbərin oxunma sayı : 793




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap