“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Putinə əsəbiləşmişəm” - Trampdan xəbərdarlıq

Tarix 30.03.25, 20:21

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər.

Bu haqda Tramp “NBC News”a açıqlamasında danışıb.

Bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə əsəbiləşib:

“Rusiya ilə Ukraynada qan tökülməsinin dayandırılması ilə bağlı razılığa gələ bilməsək və bunun Rusiyanın günahı olduğunu hiss etsəm, Rusiya emalı olan bütün növ neftlərə ikinci dərəcəli tariflər tətbiq edəcəyəm. ABŞ-də satılan neft və digər məhsullara 25% rüsum, ikinci dərəcəli tariflər olacaq. Putinə əsəbiləşmişəm, lakin onunla çox yaxşı münasibətim var. İşlər düz getsə, qəzəbim tez sovuşacaq. Onunla bu həftə yenidən danışa bilərik”.

Xatırladaq ki, bir müddət öncə Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə gərgin anlar yaşayan Tramp görüşdən sonra ukraynalı həmkarının Putinlə bağlı dilə gətirdiyi iddiaları əsassız hesab etdiyini açıqlamışdı. O, Zelenskini Putinlə bağlı bu cür müzakirələrə son qoymağa dəvət etmişdi.



Xəbərin oxunma sayı : 625




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap