Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Mourinyo və futbolçusu arasında gərginlik - “Yalan çiçək açır, meyvə vermir”

Tarix 13.03.25, 17:51

Font ölçüsü : - / +
bitmap-img6


“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo ilə futbolçusu Allan Sen-Maksimen arasında gərginlik yaşanıb.

Portuqaliyalı çalışdırıcı onu bu gün Avropa Liqasının 1/8 finala mərhələsində “Reyncers”lə keçiriləcək matçın iştirak ərizəsinə salmayıb. 

Buna əsəbiləşən Allan Sen-Maksimen sosial media hesabında etirazını bildirib: “Məni yıxmaq üçün bundan daha çox şey lazım olacaq. Yalan liftə mindikdə həqiqət pilləkənləri çıxır, daha uzun vaxt alır, amma həmişə sonuna çatır. Allah bizimlədirsə, kim bizə qarşı ola bilər?”.

Joze Mourinyo da matçdan öncə keçirilən konfransda futbolçuya cavab verib: “Maksimenin poeziya sahəsində istedadlı olduğunu bilmirdim. Əgər oyunçu yaxşı məşq etmirsə, gecikirsə və matça hazır deyilsə, o, tez qalxmaq üçün liftə ehtiyac duyur, çünki pilləkənlərdə çox tez yorulur”.

Bundan sonra ulduz futbolçu sosial media hesabında 2022-ci ildəki çəkisini və “Fənərbaxça”ya keçdikdən sonra hazırkı çəkisini paylaşaraq Joze Mourinyoya cavab verib. O bu sözləri yazıb: “Yalan çiçək açır, meyvə vermir”. 

Qeyd edək ki, bu gün Avropa Liqasında 1/8 finala yekun vurulacaq. Türkiyə təmsilçisi “Fənərbaxça” ilk görüşdə 1:3 hesabı ilə uduzduğu “Reyncers”in (Şotlandiya) qonağı olacaq. Qarşılaşma saat 00:00-da baş tutacaq. (qafqazinfo)









Xəbərin oxunma sayı : 397




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap