Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Körpə danaların kütləvi kəsimi əti bahalaşdırır” - Deputat

Tarix 14.03.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“7-8 kiloluq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir”.

Bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta çox vaxt 10-12 kq azdır. Qardaş Türkiyədə və digər ölkələrdə olduğu kimi, bizdə də heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması və həddi pozanlar üçün cərimələrin tətbiq olunması yaxşı olar.

Son illər satışa mənşəyi bilinməyən ətin, adlarını çəkmək istəmirəm çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatçılıq yaradır. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısının hazırlanmasına və satışının qadağan edilməsinə ehtiyac vardır” - deputat vurğulayıb.



Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap