![]() |
|














Kosmetoloq Elnarə Rzayeva qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib - FOTO
Tarix 20.03.25, 23:10 |
|

Bakıda fəaliyyət göəstərən "Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.
Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.
Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə "Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibb fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.
Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.
Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.
Şikayət onunla əsaslandırılıb ki, Nizami Rayon Məhkəməsinin 2021 saylı icra sənədinə əsasən borclu "Dr. Elnara” MMC-dən 20000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.

İcra məmuru Zaur Həmzəyev ətraflı, tam və obyektiv araşdırma aparmadan, icra işini icra edə bilmədiyi üçün geri qaytarıb. Hüquqi şəxsin direktoru olan Cəmilə adlı xanım barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) bircə dəfə belə tədbir görməyib.

Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hüquqi şəxsin təsisçisi, eyni zamanda direktoru olmuş Rusiya Federasiyasının vətəndaşı Elnarə Rzayeva hazırda da qanunsuz fəaliyyət göstərir. Buna görə Yasamal rayon prokurorluğu araşdırma aparıb və daha sonra Səhiyyə Nazirliyinə məlumat verilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.
Məyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.

Xəbərin oxunma sayı : 1177
Sosial
Xəbərlər
-
“Özümə ev yox, kinostudiya tikirəm“ - Aygün Kazımova
-
“Haiti yığmasını məğlub etmək istəyirik“- Fernandu Santuş
-
Azərbaycanın diri mal-qoyun idxalı 2,5 dəfə artıb - Statistika
-
Bayram günlərində bu qidadan zəhərlənmələr oldu - VİDEO
-
Xırdalan sakinlərinin nəzərinə - Su olmayacaq
-
“Türkiyə küçə terroruna təslim olmayacaq...” - Ərdoğan
-
“ABŞ Rusiya əleyhinə sanksiyaların monitorinqində iştirakını azaldıb” - Bloomberg
-
Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Səudiyyə Ərəbistanında ABŞ ilə görüş texniki xarakter daşıyacaq“ - Ukrayna XİN
-
“Qarabağın azad edilməsi regionda yeni səhifə açıb“ - Ərdoğan
-
“Yalan söhbətdir, uşağı yedirib-içirib çıxmışam” - Video
-
Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı - Rəsmi protokol genişlənəcək?
-
Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb - MN və FHN birgə məlumat yaydı
-
Messi Avropaya qayıtmaq istəyir – Növbədə “Barselona”dır
-
21 Mart Türkiyədə Bahar və qardaşlıq bayramı elan ediləcək
-
Bələdiyyə sədrinin oğurluq etdiyini dedilər - 1000 manat cərimə olundular
-
Mübariz İbrahimov haqda film çəkəcəkdi, olmadı... - FOTO
-
Ərdoğan Novruz tonqalını yandırdı - VİDEO
-
Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
-
Qarabağda investisiya təyinatlı layihələrə 17,55 milyard manat ayrılıb
-
Avropada sursat istehsalı üçün kritik komponentlər yoxdur - “Bloomberg“
-
Putin İlham Əliyevi təbrik edib - MƏTN
-
Dələduzluğa görə axtarışda olan 10 nəfər bayram günü saxlanılıb - DİN
-
Bakının bu ərazilərində evlər sökülməlidir - Nə baş verir?
-
Ərdoğandan İlham Əliyevə Novruz - Təbriki
-
Evdən 20 minlik oğurluq - 27 yaşlı qadın saxlanıldı
-
Anası həmin körpədən imtina etdi - RƏSMİ
-
Bayram günü borca görə axtarışda olan 36 nəfər saxlanılıb - DİN
-
Yağış, dolu, qar... - Sabahın havası
-
Nazirlikdən Novruz bayramı ilə bağlı daha bir müraciət - Video
-
Azərbaycan sülh prosesinə qarşı addımların qarşısını qətiyyətlə alacaq - XİN
-
İki gün sonra meyiti tapıldı - Yağışda yarğana yıxılıbmış
-
Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutuldu - RƏSMİ
-
Hafiz Həsənovla bağlı qərar verildi - 4 ay...
-
Şadlıq evindən 22 minlik oğurluq - Dəstə üzvləri saxlanıldı
-
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu da həbs olundu - DTX-dən əməliyyat
-
Qeyri-iş günlərində kimlər işləyəcək? - VİDEO
-
Bu rayonlara qar yağır - FAKTİKİ HAVA
-
“Top Ermənistanın tərəfindədir“ - Elçin Əmirbəyov
-
İmamoğlunun diplomu niyə ləğv edildi? - Yeni pozuntular aşkarlandı
-
Bakıda binada yanğın - Sakinlər təxliyə edildi (FOTO)
-
“Qismən atəşkəs geriyə doğru addımdır“ - Zelenski
-
“Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir“ - Hikmət Hacıyev
-
“Bu üç şəxs mənim həyatımda önəmli insandır” - Aygün Kazımova
-
UEFA Millətlər Liqası: Türkiyə və Gürcüstandan qələbə
-
Ərdoğandan İmamoğlu açıqlaması - “Bu cəhdləri ikiüzlülüyün zirvəsidir...”
-
Kosmetoloq Elnarə Rzayeva qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib - FOTO
-
Ramazan ayının 21-ci günün duası - İmsak və iftar vaxtları
-
“Yelo Bank”da müştərinin çənəsini sındıran müdir tapıldı - FOTOFAKT
-
“ATƏT-in Minsk Qrupu çərçivəsində işinin bərpası mümkün deyil“ - Rusiya XİN
-
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
-
Bayram tətilində hara getməli? - “Bu tətil qiymətlər əlverişlidir“
-
“POS-terminalın özünü yox, şəklini göstərərik“ - VİDEO
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu - RƏSMİ
-
“Rusiya Almaniyaya hücuma hazırlaşmır” - Zaxarova
-
Özbəkistan prezidenti Azərbaycan liderinə zəng etdi - Nələr müzakirə olunub?
-
Ermənistan-Türkiyə sərhədi açılır - 11 günlük
-
Sabah bəzi rayonlarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
“Toplum TV“ işi üzrə məhkəmə başlayır - Bu tarixdə
-
Nazir müavinləri, icra başçıları, generallar Novruzu harada qeyd edəcək? - AÇIQLAMA
-
28 May qəsəbəsində evləri su basdı - Rəsmi açıqlama - Video
-
Məşhur restoranının müdirinin 15 min manatlıq qızılı OĞURLADILAR
-
“Hoteldə dövlət nümayəndələrinə qarşı videomu çəkdilər” - 22 yaşlı Türkanın başına gələnlər
-
“ABŞ Rusiya ilə əlaqələr qurmalıdır” - Tramp
-
“İstanbuldakı hadisələr Türkiyənin suveren işidir” - Kreml
-
Zakir Həsənov Kərim Vəliyevlə müalicə olunan hərbçilərə baş çəkdi - Video
-
Bakı-Qazax yolunda böyük tıxac - VİDEO
-
ABŞ Ukraynadakı atom elektrik stansiyalarını idarə etməyə hazırdır - Vaşinqtondan sensasion təklif
-
Qayınatasıgildə yeyib-içdi, qızını öldürdüyünü dedi - təfərrüat - VİDEO
-
Yasamalda idarə rəisinin 1.7 milyon borcu var
-
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb
-
Azərbaycana yaz gəldi
-
“Motivasiya üçün Vensin portretinə baxıram” - Mask
-
Bakını gecə ilə bir-birinə qatan motosikletçi həbs edildi - VİDEO
-
İmamoğlunun diplomu niyə ləğv edilib? - İstanbul Universiteti açıqladı
-
Siyavuş Novruzov idmanda xəsarət aldı - Təcili əməliyyata götürüldü
-
Avtobus sürücüsünü döyənlərə cinayət işi açıldı - Biri saxlanıldı
-
FHN-dən əhaliyə təkrar müraciət - VİDEO
-
DİN rayonlara gedənlərə müraciət etdi - VİDEO
-
Tramp Ukraynadan AES-ləri istəyir - Zelenski ilə müzakirə edib...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
Ermənistanın ərazisi çoxumuza məlum deyil - Paşinyan
-
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı - FOTO
-
Ukrayna qeyd-şərtsiz atəşkəsi qəbul etdi - Zelenski
-
Leyla və Arzu Əliyevalar uşaqlarla bir arada - Fotolar
-
Azərbaycanda 12 günlük tətil başladı - Bu gündən
-
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
-
Aysunun ərindən gözlənilməz paylaşım: “Xəyanətin kölgəsində sevgi solur”
-
“Mançester Yunayted“ 6 futbolçu ilə ayrılmağa qərar verdi - ADLAR
-
Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı yeni xəbər - VİDEO
-
Azərbaycanda istehsal olunan kərə yağı məhsullarında daha bir uyğunsuzluq - VİDEO
-
“Zelenski də Trampın təklifi ilə razılaşdı” - “Bloomberg”
-
BMT-nin Qəzzadakı qonaq evi hədəfə alınıb - Ölən və xəsarət alanlar var
-
Ağdam rayonunda kütləvi dava: iki nəfər bıçaqlandı
-
Prezidentdən Novruz bayramı ilə bağlı paylaşım - FOTO
-
“Mərcan” klinikasında Elman Əzimovun icra etdiyi steril olmayan əməliyyatdan görüntüləri yayıldı - VİDEO
-
Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı
-
Sahil Babayevdən daha bir təyinat - Nurlan Soltanova vəzifə verildi
-
Paşinyan Ermənistan MN-ə təlimat verdi - “Atəşkəsi pozmayın”
-
Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO
-
CHP-li deputatlar TBMM-də İmamoğlunun saxlanılmasına belə etiraz etdilər - VİDEO
-
Üç dəfə söküblər, yenə özbaşına tikir - FOTO
-
“Zelenski və Tramp arasında telefon danışığı baş tutub” - Ağ Ev
-
Bu şəxslər də MİQ-də iştirak edə biləcək - SİYAHI
-
Onların mülki odlu silah əldə etmək hüququ - Təsdiqləndi
-
Kür çayından götürülən su necə təmizlənir? - Video
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video
-
Apreldə nazirlərlə bu günlərdə görüşə bilərsiniz - CƏDVƏL
-
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 13 günlük rəsmi məzənnəni açıqladı
-
“Putinin 30 günlük atəşkəs şərtləri Ukraynanı zəiflətməyə yönəlib“ - Zelenski
-
Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu
-
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü başlayır
-
“Pasiyentlərdən alınan pulları maşında sayırdılar” - “Qanpulu işi”
-
Ciddədə danışıqların yeni raundu olacaq - Atəşkəsin detalları razılaşdırılacaq
-
Azərbaycanda hazırda hara qar yağır? - Faktiki HAVA
-
Fransanın Əlcəzair cinayətləri - Qətliamı ifşa edən film qadağan edildi
-
“Zibili sürə bilmirsənsə, sürmə” - Qazi ondan yol istəyən sürücünü döydü, bu cəzanı aldı
-
Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq - Polis nəzarətində
-
“Müstəntiq olsaydım, sizi məsuliyyətə cəlb edərdim“ - Hakimdən şahidə
TOP 10
ARXİV