“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanda “parnik”lərin sayı kəskin azalıb – Nəticə pomidor istehsalında...

Tarix 25.03.25, 16:37

Font ölçüsü : - / +
bitmap-img6

 
2025-ci ilin ilk iki ayında Azərbaycanda tərəvəz istehsalı artıb.

AzFakt.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,yanvar-fevral aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 61,9 milyon manat təşkil edib. Bunun 1 milyard 6,0 milyon manatı heyvandarlıq, 55,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 14,0 faiz artıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz azalmışdı. Həmin dövrdə heyvandarlıq məhsulları istehsalı 0,3 faiz azalıb, bitkiçilik məhsulları istehsalı isə 3,8 faiz artmışdı. Bu il heyvandarlıq məhsulları istehsalında artıma keçid qeydə alınıb, bitkiçilikdə isə artım 3 dəfəyə yaxın sürətlənib.

Bitkiçilikdə artımın hərəkətverici qüvvəsi tərəvəzçilik olub. Belə ki, bu ilin iki ayında təsərrüfatlarda 47,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 16,2 faiz çox tərəvəz məhsulları istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 41,0 min ton təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox olmuşdu.

Məlumdur ki, qış aylarında tərəvəz istehsalı örtülü sahələrdə - istixanalarda istehsal olunur. Son iki ildə Azərbaycanda istixanaların sahəsində dəyişiklik qeydə alınmayıb: 1,6 min hektar olaraq qalıb. Lakin onların sayında kəskin azalma baş verib: 2023-cü ildə 3228 vahid istixana olubsa, 2024-cü ildə bu say 3037-yə qədər azalıb. Pomidor istehsalının azalması göstərir ki, 200-ə yaxın ləğv olan istilikana məhz pomidor yetişdirilməsi üzrə ixtisaslaşan istilikxanalardır: 2023-cü ildə istilikxanalarda 268,9 min ton pomidor yetişdirilmişdisə, 2024-cü ildə bu, 224,9 min tona düşüb. Bundan əlavə, baş soğan istehsalı 33 tondan 22,3 tona, badımcan istehsalı 15,3 tondan 7,8 tona düşüb.

Əvəzində xiyar istehsalı 10,4 min tondan 11,6 min tona, göbələk istehsalı 590,6 ton 1600 tona, çiyələk istehsalı 193,6 tondan 237,6 tona, kələm istehsalı 22,8 tondan 35,5 tona, bibər istehsalə 13,2 tondan 14,1 tona qədər artıb. Ötən il Şəmkir ən çox istixana məhsulu yetişdirilən rayonlar sırasını tərk edib. Onun əvəzinə ilk onluğa Sabirabad rayonu daxil olub.

Maraqlıdır ki, bu ilin yanvar-fevralında istehsalın artması ölkədə tərəvəz qiymətlərində ucuzlaşmaya gətirməyib. Rəsmi statistikaya əsasən 2025-ci ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 1,4 faiz, 2025-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,3 faiz artıb. Bu dövrdə tərəvəz qiymətlərində 14,1 faiz, fevral ayında isə 15,6 faiz bahalaşma qeydə alınıb. Eyni zamanda rəsmi statistika deyir ki, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi fevralda illik ifadədə 6,9 faiz, yanvar-fevral birlikdə isə 7,3 faiz artıb.

İki ayda Azərbaycandan meyvə-tərəvəz ixracı miqdar baxımından 87 min tondan 100 min tona, dəyər baxımından isə 100 milyon dollarda 109 milyon dollara qədər artıb.

Çox maraqlıdır ki, daxili bazardan fərqli olaraq bu il Azərbaycandan ixrac olunan pomidorun qiymətində ucuzlaşma var. Belə ki, ötən ilin yanvar-fevralında 21,7 min ton pomidor ixracından ölkəyə 30 milyon dollar, bu ilin eyni dövründə isə 22,7 min ton ixracdan 26,7 milyon dollar daxil olub. Beləliklə, 1 ton pomidorun ixrac dəyəri 1382,5 dollardan 1176,2 dollara qədər azalıb. Halbuki Azərbaycan pomidorunun 90 faizdən yuxarısının ixrac olunduğu Rusiyada 2024-cü il ərzində pomidorun qiyməti 32 faiz, 2025-ci ilin iki ayında isə 5 faizə qədər bahalaşıb.

Yeri gəlmişkən, tərəvəz istehsalının kəskin artmasına rəğmən, yanvar-fevralda Azərbaycana bu məhsulların idxalında artım var. Belə ki, 2024-cü ilin iki ayında ölkəyə 63,1 milyon dollarlıq 91,5 min ton meyvə-tərəvəz gətirilmişdisə, 2024-ci ildə bu, 88 min ton və 66 milyon dollar təşkil edib.(Musavat.com)



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap