“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Ginekoloq Saatlıdakı körpə ölümünün sirrini açdı: “Baş həkim körpəni cihaza qoşmadı“

Tarix 25.03.25, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz instaqram hesabında uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatova ilə bağlı paylaşım edib.

O, həkimin məktubunu paylaşıb.

Aydın olub ki, doğuşdan sonra Saatlı RMX-nın baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb.

Bakupost.az
Fotoda: Araz Usubov

"Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq.

Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əksi heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər "əsas həkimi cavab verəcək”, deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir.

Bakupost.az
"Tovuz RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək Saatlı RMX PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləyib. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. 

Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olmuşdur. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa perinatal mərkəzə təxliyyəsinin təmin olunması üçün "konsilium” təşkil etdim.

Bakupost.az
Lakin, xəstəxanada küvez və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvezə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlanıldıqdan sonra, körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu "tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzinə təxliyyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvezə yerləşdirilməmiş, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulmuş, süni ventilyasiya aparatına qoşulmamışdır".(medicina.az)

Bakupost.az




Xəbərin oxunma sayı : 301




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap