“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

““TikTok”dan uzaqlaşmağımın səbəbi kişi deyil” - PərvinVİDEO

Tarix 26.03.25, 21:02

Font ölçüsü : - / +
bitmap-img6

 
“Sevgi gözəl şeydir. Amma məndə baş rolu oynayan sevgi deyil. “TikTok”dan uzaqlaşmağımın səbəbi sevgi və ya kişi deyil. Mənim həddindən artıq çox boş vaxtım var. Zamanımın əksər hissəsi elə evdə keçir. Məndən tez-tez soruşurlar ki, “TikTok”da niyə yoxsan. Bunu yaşım və böyüməyimlə əlaqələndirirəm”.

Bu sözləri aktrisa Pərvin Abıyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Abıyeva “TikTok” video platformasından uzaqlaşmasının səbəblərindən danışıb:

“Əvvəllər mən çox çılğın idim. Hər dəliliyi edə bilərdim. O potensiyalı özümdə görürdüm. Eləyirdim də... Mən heç nədən çəkinmirdim, qorxmurdum, deyirdim, eləyirdim, geyinirdim, gəzirdim. Amma müəyyən bir vaxtdan sonra özümə yavaş-yavaş qadağalar qoymağa, müəyyən şeylər isə məni utandırmağa başladı. Bunun isə “TikTok”la heç bir əlaqəsi yoxdur. Mən onsuzda “TikTok”da cəzalı oyunlar oynamamışam. Bekarçılıq idi, ora girirdim. Əvvəllər “TikTok” maraqlı idi. Sonradan isə oranın marağı itdi. Mən “TikTok”u “Sovetski”dəki məhəllələrin birinə bənzədirəm. Kiminsə başına hansısa bir iş gəlir, dərhal yığışırlar, danışırlar, geybətləşirlər. Hərə şeyə kimi “TikTok”a da  həvəsim öldü. Düşüncə, yanaşma tərzim başqadır”.

Proqramın aparıcısı Tarix Əliyevin (Tolik) “Hüquq-mühafizə orqanları “TikTok”da islahatlar apardı. Orada olan bir çox məşhur simalar həbs olundu. Sənin fikrincə, bu islahatların aparılması lazım idi?” sualına Pərvinin cavabı belə olub:

“Bu işlərin, islahatların aparılması yüz də yüz lazım idi. Çünki orada özbaşnalıqlar, tərbiyəsizlik var idi. Mənim “TikTok”dan çıxmağımın səbəbi də bu idi. Həddindən artıq iyrənc məqamlar gördüm və oradan uzaqlaşdım. Yerim deyil deyə düşündüm. Həvəsdir, bəsdir! Bir müddət gəldim, əyləndim, başımı qatdım, bəs elədi. Artığına ehtiyac qalmadı”.  (olay)





Xəbərin oxunma sayı : 877




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap