“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma

Tarix 29.03.25, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasındadır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hologic" şirkətinin "Qadın Sağlamlığı İndeksi" adlı dördüncü illik qlobal tədqiqatının nəticələrindən aydın olur.

Siyahıya əsasən, Azərbaycan dünyanın 142 ölkəsi arasında 54-cü yeri tutub. Ölkəmiz qadınların emosional sağlamlığı, onların əsas ehtiyaclarının təmin edilməsi və fərdi sağlamlıq kimi göstəricilərdə irəliləyiş nümayiş etdirib.

Genişmiqyaslı sorğuda 146 000 qadın iştirak edib. Metodologiya qadın sağlamlığının əsas amillərini nəzərə alıb: profilaktik tibbi xidmətlərin əlçatanlığı, emosional rifah, əsas ehtiyacların ödənilməsi və fərdi sağlamlıq göstəriciləri.


Qadın sağlamlığı indeksi ən yüksək olan ilk 10 ölkəyə Tayvan və Küveyt başçılıq edir. Ən yaxşı Avropa ölkəsi üçüncü yeri tutan Avstriya olub. İlk 10-luğa həmçinin İsveçrə, Finlandiya, Almaniya, Sinqapur, Danimarka, Slovakiya və Lüksemburq daxildir.

Keçmiş SSRİ ölkələri arasında ən yaxşı nəticəni Estoniya göstərib - 11-ci yer. Qazaxıstan 12-ci sırada qərarlaşaraq bütün MDB ölkələrini qabaqlayıb. Rusiya 51-ci, Gürcüstan isə 72-ci yerdədir. Region ölkələri siyahısını 89-cu yeri ilə Ermənistan tamamlayır. Türkiyə 76-cı sırada yer alır.

Qeyd etmək lazımdır ki, tədqiqatın aparıldığı 4 il ərzində dünya üzrə 28 ölkə qadın sağlamlığının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyişə nail olub. Lakin dünyada heç bir ölkənin 100 baldan 68-dən çox bal toplaya bilməməsi faktı göstərir ki, hətta yüksək indeksli dövlətlərin də qadın sağlamlığı məsələlərində inkişaf etməli olduğu sahələr var.



Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap