“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var

Tarix 31.03.25, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” Məhdud Məsuliyyətlinin  Dənizin səviyyəsinin enməsi səbəbindən üzə cıxan bərk məişət tullantılarının ərazidən yığılması,daşınması və zərərsizləşdirilməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi olan "VEDİBASAR İNŞAAT" MMC ilə müqavilə imzalayıb.

32gun.az-ın verdiyi məlumata görə, müsabiqənin məbləğ 65.863,82 AZN-dir. 

Tenderə əsasən tullantı zibillərinin ekskavatorla toplanması, tullantı zibilinin ekskavatorla yüklənməsi və 15 km məsafəyə daşınması, torpağın ekskvatorla qazılması və maşınlara yüklənməsi, torpağın 2 km məsafəyə daşınması, torpağın töküldüyü yerdə bulduzerlə hamarlanması t=10÷15 kimi işlər görülməlidir. 

32gun.az-ın əldə etdiyi digər məlumata görə, qalib MMC-nin vergi borcu var.  "VEDİBASAR İNŞAAT" MMC-nin vergi borcu  4399.84 AZN-dir. 



Nizamnamə kapitalı 50 AZN olan  "VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur.

Mediada gedən məlumatlara görə, Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan "AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovdur.  "Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədovdur. 

Açıklama yok.

Yerli mediada gedən məlumatlara görə, o vaxtı ilə dələduzluğa görə ittiham olunub. 



Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap