“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

67 və 64 yaşlı sabiq vəzifəli şəxslər elektron qolbaqda gəzəcək: Özlərini mükafatlandırıblar

Tarix 31.03.25, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovaya hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, onlar Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilib və işə məhkəmədə baxılıb. 

Hər iki sabiq vəzifəli şəxs 2018-2021-ci illər ərzində qabaqcadan əlbir olaraq onlara etibar edilmiş xeyli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinib. Aparılan araşdırma zamanı həmin illər ərzində İntizam Məmmədovun 7120,20 manat, Bənövşə Əhmədovanın 9319,09 manat məbləğində dövlət hesabına nəzərdə tutulmayan mükafatları öz adlarına rəsmiləşdirərək mənimsədikləri məlum olub. 

İntizam Məmmədov 445 manata, Bənövşə Əhmədova isə 550 manata qədər hər ay özlərinə əmək haqlarından əlavə mükafatlar da yazıblar. Sözügedən məbləğlər hər aya görə dəyişib. Bəzən hər iki vəzifəli şəxs özlərinə dövlət vəsaiti hesabına avans da yazıblar.

İntizam Məmmədov məhkəmə iclasında elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, Zərdab rayonunda olan 28 nümayəndəliyin heç birində yoxlama olmayıb, yalnız onun işlədiyi kənd icra nümayəndəliyində yoxlama aprılıb. Eyni hal bütün nümayəndəliklərdə baş verib. 2018-ci ildə 33668 manat onun işlədiyi nümayəndəliyə pul ayrılıb, həmin puldan 28536 manat xərcləyib. Hətta bəzi işləri öz hesablarına icra ediblər. Qeyd edib ki, ondan 60 hektar qarğıdalı əkilib-becərilməsi tələb olunub, həmin tapşırığı işçilərlə birlikdə öz qüvvə və vəsaitləri hesabına həyata keçirib. Mükafatların verilməsində sərəncam olmayıb və illik smetaya uyğun köçürülüb. O bildirib ki, hHeç kəsdən köçürülən mükafatları nağdlaşdıraraq ona verilməsini tələb etməyib, odun və dəftəxana ləvazimatlarının alışı rəsmi maliyyələşmə sənədi üzrə icra edilib. 

Məhkəmənin qərarı ilə 1958-ci il təvəllüdlü İntizam Məmmədova 2 il 6 ay, 1961-ci il təvəllüdlü Bənövşə Əhmədovaya isə 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyib edilib. Hər iki sabiq vəzifəli şəxs cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər. 



Xəbərin oxunma sayı : 460




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap