“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda əhaliyə verilən suyun 45 faizi itkiyə gedir - “Buna görə tarifləri artırmaq lazım deyil...”

Tarix 07.04.25, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı Toğrul Maşallı Bakı və Vilnüs şəhərlərində əhalinin su istehlakı ilə bağlı maraqlı müqayisə aparıb. Ekspert bildirir ki, 2024-cü ildə Estoniya paytaxtında 36 milyon kubmetr su istehlak edilib. Onun sözlərinə görə, bunun yarısı sakinlərin payına düşüb. Başqa sözlə, faktiki olaraq adambaşı Vilnüs sakini illik 34 kubmetr su istehlak edib.

Bəs Azərbaycanda vəziyyət necədir?

T.Maşallı bildirir ki, 2024-cü ilin nəticələrinə dair məlumat hələ yoxdur: “Amma 2023-cü ildə Bakı, Sumqayıt və Abşeron əhalisi 165 milyon kubmetr su istehlak etmişdi. Bu su 1,22 milyon abonent arasında paylanılmışdı. Başqa sözlə bir abonent il ərzində 135 kubmetr su istehlak edib. Bəs adambaşı nə qədər edir? Əgər ortalama olaraq bir ev təsərrüfatını (və ya abonenti) 4 nəfərdən ibarət olduğunu təxmin etsək, bu adambaşı 34 kubmetr deməkdir. Göründüyü kimi Azərbaycanda ortalama şəhər abonentinin Litva ilə müqayisədə istehlakı ciddi olaraq fərqlənmir. Düzdür, burada siz qeyd edə bilərsiniz ki, rəsmi siyahıyaalmaya görə müvafiq bölgədə 3,6 milyon insan yaşayır. Başqa sözlə bir abonentə 4 nəfər yox, 3 düşməlidir. Amma biz faktiki olaraq bilirik ki, Bakının əhalisi müvafiq göstəricidən yüksəkdir. Hətta ortalama olaraq 3,5-i götürsək, o zaman belə adambaşı 39 kubmetr düşəcək. Litva ilə bizim iqlimi müqayisə etsək bu başa düşüləndir”.

Açıklama yok.

T.Maşallı deyir ki, əsas problem əhalinin istehlakında deyil, əlbəttə, burada da problem var, amma onun təsiri o qədər də böyük deyil: “Əsas problem statistikada "öz ehtiyaclarına sərf olunan, həmçinin uçota alınmayan və itirilən su" olaraq qeyd olunan su ilə bağlıdır. Bu faktiki olaraq itirilən suyun həcmidir. Rəsmi məlumata görə, 2023-cü ildə istehlakçılara verilmiş suyun 42%-i müvafiq kateqoriyaya aid olunub (Bakıda hətta 45%). Yəni bu göstəricini azaltmaq ilə su infrastrukturun effektivliyini artırmaq olar. Bunun üçün isə tarifləri artırmaq lazım deyil. Onsuzda “Azərsu”-nun bütün infrastruktur layihələri dövlət büdcəsi tərəfindən maliyyəşir. Sadəcə vəsaitləri effektiv xərcləmək lazımdır”.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap