“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Zabratda bu məhlədən üfunət iyi gəlir - sakinlər nazirlə başçıdan kömək istəyir

Tarix 13.04.25, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


"1 ildir ki, nəcisli çirkab su küçəyə axır. Müraciət etdiyimiz qurumlar ötür-ötür oyunu oynayır, tədbir görmürlər. Evin sahibi də heç bir tədbir görmür. Məhlədən günboyu cəmdək iyi gəlir, üfunətdən nəfəs almaq olmur".

Sabunçu rayonu, Zabrat-Maştağa şosesində (Azpetrolun arxasındakı məhəllədə) yaşayan bir qrup sakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə şikayət yazaraq təcili tədbirlər görülməsini istəyirlər.

Musavat.com-un xəbərinə görə, şikayətçilər dövlət qurumlarına yazdıqları şikayətdə qeyd edirlər ki, 1 ilə yaxındır qonşuluqda 2 mərtəbəli şəxsi evdə yaşayan Zaur Muradxanov həyətindən küçəyə axan çirkabın qarşısını almaq istəmir:

"Ona aid fərdi yaşayış evinin həyətində tikilmiş şambodan çirkli su mütəmadi olaraq küçəyə axıdılır. Qarşıdan yay ayları gəlir, məhləmizdəki çirkab sularından yayılan üfunətli qoxu infeksiya mənbəyinə çevriləcək".

Qonşular şikayətlərində yazırlar ki, ötən 1 il ərzində Zaur Muradxanov və onun ailə üzvləri ilə dəfələrlə söhbətləri olub.

Onlardan bu problemin aradan qaldırılmasını dəfələrlə xahiş və tələb etmələrinə baxmayaraq çirkli suyun axıdılması bu günədək davam etməkdədir. Çirkli kanalizasiya suyunun davamlı olaraq küçəyə axıdılması məhəllədə antisanitariya şəraiti yaradıb, infeksion xəstəliklərin artmasına gətirib çıxarıb.

Şikayət müəllifləri ekologiya və təbii sərvətlər naziri və icra başçısından operativ reaksiya gözləyirlər:

"Sizdən və dövlətimizin digər qurumlarından bu məsələ ilə bağlı təcili tədbirlərin görülməsini xahiş edirik".






Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap