“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İrana hücum zamanı öldürülən yüksək rütbəli hərbi komandanlar - SİYAHI

Tarix 26.06.25, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin İrana 12 günlük hücumu nəticəsində öldürülən İran Silahlı Qüvvələrinin yüksək səviyyəli 31 komandanının adı açıqlanıb.

Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.

İsrailin İrana hərbi hava hücumunda öldürülən yüksək hərbi rütbəli rəsmilərin siyahısı belədir:

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami

"Rəsul-Əzəm” Mərkəzi Qərargahının komandanı general-mayor Qulaməli Rəşid

"Xatəm Əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Əli Şadmani

SEPAH-ın Hərbi Hava Qüvvələri ordu generalı Əmir Əli Hacızadə

Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyatlar üzrə rəis müavini ordu generalı Mehdi Rəbbani

Silahlı Qüvvələrin Baş Qərargahının təhlükəsizlik üzrə rəis müavini ordu generalı Qulamrza Mehrabi

Müdafiə Nazirliyinin Silah-Sursat Mərkəzinin komandanı ordu generalı Əmir Mozəffəriniya

SEPAH-ın təhlükəsizlik xidmətinin rəisi ordu generalı Məhəmməd Kazemi

SEPAH-ın təhlükəsizlik xidmətinin rəis müavini ordu generalı Möhsün Baqeri

"Xatəm Əl-Ənbiya” Qərargahının Baş Təhqiqat Xidmətinin rəis müavini ordu generalı Məhəmməd Cəfər Əsədi

SEPAH-ın Təhlükəsizlik Xidmətində komandan nümayəndəsi ordu generalı Məhəmməd Rza Nəsir Bağban

SEPAH-ın Havadan Müdafiə Qüvvələri Komandanı briqada generalı Davud Şeyxian

SEPAH-ın Havadan Müdafiə Qüvvələrinin PUA xidməti komandanı briqada generalı Məhəmməd Baqir Tahirpur

SEPAH komandanı ofisinin rəhbəri briqada generalı Məsud Şəni

SEPA-ın Hərbi Hava Qüvvələri komandanının təhlükəsizlik üzrə müavini briqada generalı Xosrov Həsəni

SEPAH-ın Hərbi Hava Qüvvələrinin Tehran vilayəti üzrə komandanı briqda generalı Mənsur Səfərpur
Ətraflı

SEPAH-ın Hərbi Hava Qüvvələrinin PUA xidmətinin rəis müavini briqada generalı Əmir Purcudəki

SEPAH-ın Hərbi Hava Qüvvələri komandanlarından briqada generalı Məsud Təyyib

SEPAH-ın Hərbi Hava Qüvvələri komandanlarından briqada generalı Cavad Cirsəra

SEPAH-ın təhlükəsizlik xidməti rəisinin 2-ci müavini briqada generalı Həsən Mohəqqeq

SEPAH-ın Qüds Qüvvələrinin "Fələstin Qoşunu” komandanı briqada generalı Məhəmməd Səid İzədi

Bəsic Təşkilatının təhlükəsizliyin mühafizəsi xidmətinin komandanı briqada generalı Məhəmməd Təqi Yusifvənd

SEPAH-ın Əlborz vilayəti üzrə komandan əvəzi briqada generalı Muctaba Kərəmi

SEPAH-ın Əlborz vilayəti üzrə komandan müavini briqada generalı Əkbər Enayəti

Hüquq Mühafizə Qüvvələrinin təhlükəsizlik xidmətinin müavini briqada generalı Əlirza Lotfi

SEPAH-ın Qüds Qüvvələri silah təchizatı bölməsinin komandanı briqada generalı Behnam Şəhriyari

Bəsic Təşkilatının rəis müavini briqada generalı Meysəm Rezvanpur

SEPAH-ın Əlborz vilayəti üzrə komandan müavini briqada generalı Muctaba Moinpur

SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandan müşaviri briqada generalı Əli Məhəmməd Mədədullahi

Ordunun Quru Qoşunlarının Cənub-Qərb Regional Qərargahı rəisinin müavini briqada generalı Abbas Nuri

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran "Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.



Xəbərin oxunma sayı : 340




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap