“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi

Tarix 05.11.25, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğluna “Elux Event Hall” məkanında təmtəraqlı toy mərasimi keçirməsi ölkə gündəminə düşüb. 

Dəbdəbəli şəkildə qeyd edilən toyda iştirak edən ölkənin aparıcı müğənnilərinə 150 min manat pul xərclənib. Toyda iştirak edən qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidovun bəyə 20 min ABŞ dollar dəyərində qızıl-brilliant hədiyyə etməsi isə ciddi müzakirələrə səbəb olub.

Açıklama yok.

AzFakt.com xəbər verir ki, AAYDA-nın sıradan bir baş mütəxəssisin oğlu üçün etdiyi dəbdəbəli toy və idarə müdiri Hikmət Seyidovun 20 min dollarlıq hədiyyəsi qurumun sədri Saleh Məmmədovu hədəfə gətirib. Çünki dövlət qulluğunda çalışan baş mütəxəssisin əmək haqqı ilə belə dəbdəbəli toy etməsi, yaxud da sıradan bir idarə müdirinin qiyməti vətəndaşın aylıq maaşından 50 dəfə çox olan qızıl zinəti hədiyyə etməsi heç də sıradan bir hadisə deyil.

Hər şeydən əvvəl AAYDA-nın sıradan bir baş mütəxəssisinin və idarə müdirinin bu qədər pula, sərvətə sahib olmaları Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda ciddi korrupsiya hallarının olmasına dəlalət edir. Bu hal onu göstərir ki, Saleh Məmmədovun rəhbəri olduğu qurumda vəziyyət elə bir səviyyədədir ki, hətta bir rayonun idarə müdiri çəkinmədən 20 min dollarlıq (34 min manat) hədiyyə edir.

Maraqlıdır dəbdəbəli toy məclisi ilə ötən həftənin gündəm adamına çevrilən Namiq Fərmanov niyə bu qədər önəmli şəxsdir ki, onun oğlunun toyuna bu qədər bahalı hədiyyələr edilib? Etiraf edək ki, sıradan bir baş mütəxəssisin bu qədər gücə, nüfuza sahib olması və AAYDA-nın ən önəmli şəxslərindən biri kimi qəbul olunması maraq doğuran məsələdir və təbii ki, çoxlu suallar da doğurur. Onlardan biri isə budur ki, sıradan bir baş mütəxəsisin və idarə müdirinin bu qədər pulu varsa, onda Saleh Məmmədovun və müavinlərinin sərvəti nə qədərdir?..

AzFakt.com



Xəbərin oxunma sayı : 1651




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap