| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib - TAM MƏTN
Tarix 14.02.26, 9:10 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib.
AzFakt.com müsahibəni təqdim edir.
Müxbir: Salam, “France 24” kanalının flaqmanı olan “Üzbəüz” verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?
Prezident İlham Əliyev: Bəli, elə düşünürəm. Çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Yeri gəlmişkən, ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.
Müxbir: Bu, çox yaxşı bir hissdir. Lakin tam normallaşma üçün nə çatışmır? Belə başa düşürəm ki, Azərbaycan üçün məsələ Ermənistanın Konstitusiyası və orada Qarabağa aid ərazi iddiaları ilə bağlı mətnlə əlaqədardır. Bu, Sizin üçün mütləq qırmızı xətt deməkdir? Bu dəyişməsə, normallaşma olmayacaq?
Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bu olmasa, sülh sazişi imzalanmayacaq. Mən normallaşmanı rəsmi sülh sazişindən ayırardım, çünki normallaşma artıq baş verir. Qeyd etdiyim kimi, müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq.
Müxbir: Bu il?
Prezident İlham Əliyev: Sözsüz ki.
Müxbir: Vitse-prezident Cey. Di. Vens hər iki ölkəyə səfər edib. Strateji tərəfdaşlıq münasibətləri elan edilib və bu tərəfdaşlıq çərçivəsində ABŞ indi Azərbaycana bütün növ silahları satacaq. Həmçinin TRIPP layihəsi, yaxud Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu var. Bu, Ermənistandan keçən və eksklavınız olan Naxçıvana gedən magistral yol və dəmir yoludur. Bu, sadəcə boş ümidlərdir, yoxsa həqiqətən baş verəcək və dinamikanı dəyişəcək?
Prezident İlham Əliyev: Məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən, demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək.
Vitse-prezident Vensin səfəri ilə bağlı suala gəldikdə isə bəli, bu, çox mühüm bir səfər idi. Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.
Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.
Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?
Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.
Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.
Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?
Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?
Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.
Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.
Müxbir: Bu, Sizin üçün eyni şeydir?
Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.
Müxbir: Bəs, yeni səhifə açmaq baxımından, sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı bir az mərhəmət hiss edirsinizmi?
Prezident İlham Əliyev: Bizim bu məsələ ilə bağlı mövqeyimiz çox aydın olub. Bizim Qarabağda yaşayan bütün ermənilərə vətəndaşlıq və ya iş icazəsi üçün müraciət etməyi təklif etdiyimiz dəfələrlə səsləndirilib, o cümlədən veb-saytda dərc olunub. Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlərimiz oldu, lakin onlar Ermənistana getmək seçimini üstün tutdular. Bugünkü Ermənistan ərazisindən deportasiya edilmiş və etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlımız var, lakin Ermənistan hökuməti onların geri qayıtması üçün heç vaxt heç bir təklif irəli sürməyib. Düşünürəm ki, bu məsələyə qarşılıqlı nöqteyi-nəzərindən yanaşmalıyıq. Qayıdış hüququ universal bir hüquqdur və əlbəttə ki, bizə belə bir müraciət olarsa, Azərbaycan bu hüquqa mütləq əməl edəcək. Lakin, eyni zamanda, 30 il Ermənistanla müharibə şəraitində olduğumuzu və 30 il ərzində onların ərazimizi işğal altında saxladığını nəzərə alsaq, Qərbi azərbaycanlılar adlandırdığımız yüz minlərlə azərbaycanlıya qarşı da eyni münasibəti gözləyirik ki, bugünkü Ermənistana qayıda bilsinlər.
Müxbir: Mən qısaca olaraq, Fransa ilə münasibətlərə keçmək istəyirəm. Əlaqələr, xüsusən də son müharibə zamanı çox pis olub. Siz Fransanı Yeni Kaledoniyada, Korsikada müstəmləkə ölkəsi olaraq, çox ağır sözlərlə tənqid etdiniz. Bir neçə ay əvvəl, Fransa vətəndaşı Teo Klerk azad edildi. Hazırda digər vətəndaşın məhkəməsi gedir. “Avropa Siyasi Birliyi”nin Zirvə Görüşü çərçivəsində Sizin Fransa Prezidenti ilə qısa görüşünüz oldu. Deyə bilərsinizmi, münasibətlər öz məcrasına qayıdıb və ya Azərbaycan ilə Fransa arasında hələ problemlər qalır?
Prezident İlham Əliyev: Bilirsiniz, Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma “Dağlıq Qarabağ”ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik.
Müxbir: Axı, Siz çox ağır sözlərdən istifadə etdiniz…
Prezident İlham Əliyev: Bilirsiniz, ağır sözlərdən istifadəni mən başlamamışam. İstəyirəm tam əmin olasınız, Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər, – bütün bu adlar auditoriyaya yaxşı məlumdur, – Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu, ağır tərzdə olmuşdur. Ölçmək asan deyil. Lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi, ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu, bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır.
Müxbir: Beləliklə, nəticə olaraq, biz yaxın gələcəkdə Fransa Prezidenti ilə Sizin görüşünüzü gözləyə bilərikmi?
Prezident İlham Əliyev: Bəli, birmənalı olaraq. Yeri gəlmişkən, Kopenhagendə görüşümüz çox dostcasına keçdi. Əlbəttə ki, görüş baş tutduqdan bir neçə ay sonra heyətlərimiz arasında xeyli təmaslar olub. Onlar müntəzəm olaraq əlaqədədirlər. Bir neçə görüş baş tutub. Bəli, bəzi məsələlər hələ də qalır. Prezident Makron və mən onların hər iki tərəfdən həll olunmasını qeyd etmişik. Lakin bir daha anlamaq vacibdir ki, bu hərəkət qarşılıqlı olmalıdır. İki suveren dövlət kimi biz bir-birimizə hörmət etməliyik, hüquq sistemlərimizə hörmətlə yanaşmalıyıq və bir-birimizin işlərinə qarışmalı deyilik. Əgər sizin sözdən istifadə etsəm, Kaledoniya və sairə məsələləri biz birinci ortaya atmadıq. Məhz Fransa Qarabağ kimi daxili məsələmizə müdaxilə etməyə başladı. Bu, nəinki həmin mövzuya, hətta siyasi gündəliyimizə də şamil edildi. Bir sözlə, buna son qoyulmalıdır. Düşünürəm ki, hər iki tərəf bunu necə etməyi bilir.
Müxbir: Prezident Əliyev, qonağımız olduğunuza görə çox sağ olun. “France-24” kanalında “Üzbəüz” verilişinə baxdığınıza görə hamınıza minnətdarıq.
Prezident İlham Əliyev: Sağ olun.
Xəbərin oxunma sayı : 1540
Müsahibə
Xəbərlər
-
Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - Xəbərdarlıq
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb - FOTOLAR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
İspaniya mundiala “Real“lı oyunçu aparmır - Heyət bilindi
-
“Bu dinamika məni qane etmir” - Prezident
-
Nəsimi rayonunda gecə vaxtı sağlam ağacları kəsdilər - VİDEO
-
Putin mübahisəli qanunu imzaladı: Bu ölkələrə ordu göndərilə bilər
-
“Bu əmsal artmır, elə yerində sayırıq“ - İlham Əliyev
-
İntensiv yağış bölgələrə sel gətirdi - VİDEO
-
“Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır“ - İlham Əliyev
-
Bayram günlərində işləyən bank və valyuta mübadilə məntəqələri - SİYAHI
-
“İran Vaşinqtonun həddini aşan tələblərini qəbul etməyəcək“ - Pezeşkian
-
4 manatlıq “Fidan-TN“ MMC yenə qalib oldu - 150 minlik tender
-
Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi
-
Səudiyyə Ərəbistanı Hörmüz böhranından faydalanıb - Bloomberg
-
Ət istehsalımız istehlakı qarşılaya bilmir - Məcnun Məmmədov
-
Rusiya Kiyevdə bu mərkəzlərə zərbələr endirəcək - XİN-dən xəbərdarlıq
-
ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb - CƏDVƏL
-
Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
-
Sabiq vəzifəli şəxslərə cəza istənildi - 717 min manatlıq mənimsəmə
-
Azərbaycan dili müəllimlərinin nəzərinə: Xarici ölkələrdə bir il işləmə imkanı
-
Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Balakişi Qasımov yenidən baş direktor seçildi - İTV -də seçki
-
Putin və Si Cinpin İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
“Elə etməliyik ki, kəndlərə qayıdış prosesi başlasın...“ - İlham Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azər Bağırova hökm oxundu - Dövlətə xəyanətdə ittiham olunur
-
Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir - Prezident
-
Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - Polkovik İmrəliyev kimdir?
-
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - "Bu, məni qane etmir..."
-
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
-
1 il 6 ay həbs və azadlığın məhdudlaşdırılması - İmtahan işi üzrə qərar verildi
-
"Eurohome" tikinti bazarınının fəaliyyəti dayandırıldı - Səbəb + VİDEO
-
Bakı-Tbilisi qatarı üçün tələb olunan sənədlər açıqlandı - Rəqəmsal pasport keçmir
-
Yağış yağacaq, şimşək şaxacaq - Sabahın havası
-
Şagird müəllimini bu niyyətlə güllələyibmiş - Atası da dindirildi
-
Hörmüzdə “gizli tranzit“: Tankerlər blokadanı belə aşırlar
-
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
-
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət etdi - FOTOLAR
-
“Paşinyan Rusiya ilə ipləri qoparmaq yolunu seçdi“ - Medvedevdən sərt ittiham
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi - Müstəqillik Günü münasibətilə
-
Ebola sürətlə yayılmağa davam edir - Yoluxma sayı 1000-ə yaxınlaşır
-
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - Birgə məlumat
-
Əlillik dərəcələrinin alınması qaydası dəyişdi - İndidən sonra nə olacaq?
-
Eyvazxanbəylidə görünən nəhəng ilan heyrətləndirdi - VİDEO
-
Azərbaycan axtarışa verdiyi Osman Kaya Gürcüstanda tutuldu - Nədə ittiham olunur?
-
Mayın 17-də 9 illik bazada keçirilmiş imtahanlar təkrar təşkil ediləcək - DİM
-
Şuşanın Böyük Qaladərəsinə həyat qayıdır - 14 ailə köçürüldü
-
Yaponiya miqrantlara qarşı yeni mərhələyə keçir: Sosial şəbəkələr izlənəcək
-
Azərbaycanda problemli kreditlərin həcmi artıb - VİDEO
-
Çimərlik ərazilərində iaşə obyektləri fəaliyyətə başlayıb - VİDEO
-
Yeni tikililərdə mənzil alarkən kvadratı necə hesablanmalıdır? - VİDEO
-
ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi - “The New York Times”
-
QMİ Qurban bayramı ilə bağlı fətva verib - Mayın 27-də Bayram namazı qılınacaq
-
Piyada keçidindəki eskalator illərdir işləmir - VİDEO
-
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
-
“İranla saziş hələ tam yekunlaşdırılmayıb“ - Donald Tramp
-
Böyük Qayıdış davam edir:Şükürbəyliyə növbəti köç karvanları yola salındı
-
Müstəqil, qalib Azərbaycan hər kəsin qürur mənbəyidir
-
Tariximizin ən şanlı və parlaq səhifələrindən biri - Müstəqillik Günü
-
Hadisədən yeni pozlar - diqqətçəkən çimərlik fotoları
-
Qurban Qurbanov Elvinin transferindən danışdı - “Razılıq vermişik...”
-
Azərbaycanda yeni cərimələr - Yalan məlumat verənlər 500 manat cərimə olunacaq
-
İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - VİDEO
-
Bakı, Abşeron və Sumqayıtda təkrar imtahan keçiriləcək - Dövlət İmtahan Mərkəzi
-
Mina partlayışından 425 nəfər zərər çəkib - VİDEO
-
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır
-
Yağıntı intensivləşəcək, dolu düşəcək - İstirahət gününün havası
-
Bölgələrdə niyə kredit faizləri yüksək, şərtlər ağırdır? - VİDEO
-
ABŞ Qasim Süleymanini həmin PUA ilə vurmuşdu - İran ABŞ-nin bahalı dronlarını məhv edib
-
Müəllimlərin nəzərinə: Sabahdan vakansiya seçiminə start verilir
-
Ramiz Mirzəyevin xanımı ilə qızı arasında miras qalmaqalı - Milyonluq əmlaklar
-
Alimenti ödəyə bilməyənlərin yerinə həmin vəsaiti dövlət ödəyəcək? - VİDEO
-
“NATO Arktika ilə bağlı çox müsbət görüş keçirdi” - Rubio
-
Qətər nümayəndələri İranla razılaşmanı müzakirə etmək üçün Tehrana gedib - “Reuters”
-
Tariximizin şanlı səhifələrindən biri - 28 May
-
Apellyasiya Komissiyası 1394 şagirdin yazı işi ilə bağlı düzəliş edib - DİM
-
Makronun rezidensiyasında axtarış aparıldı - Dövlət tenderləri ilə bağlı
-
Ünvanlı dövlət sosial yardımın məbləğinin ən yüksək olduğu rayonlar - SİYAHI
-
“Şəfa“nın yeni baş məşqçisi kim olacaq? - Adı açıqlandı
-
Aİ-dən İrana zərbə: Hörmüz boğazına görə yeni sanksiyalar qəbul edilir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Tbilisi qatarında azı neçə kq baqaj aparmaq mümkün olacaq? - AÇIQLAMA
-
AzTV serialın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - SİYAHI
-
Böhran dövründə milyardlarla dollarlıq mənfəət: Neftin gizli marşrutu
-
İran-ABŞ sazişinin yekun layihəsi tezliklə dərc oluna bilər - Hansı şərtlər var?
-
Şənbə günü yağış qara keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Bakıda WUF13-ün bağlanış mərasimi keçirildi - VİDEO
-
ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarır - “Al-Monitor“
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü - Müzakirə
-
Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
-
“Atlant“ satılsın, pulumuz qaytarılsın! - MƏHKƏMƏ İŞİ
-
Bu qanunu pozanlar cərimələnəcək - Məbləğlər müəyyənləşdi
-
“Müharibəyə qoşula bilərik” - Lukaşenkodan ziddiyyətli açıqlamalar
-
Sürücülərə xəbərdarlıq: Bəzi zolaqlar artıq qüvvədən düşür
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
-
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək - SİYAHI
-
“Teleqüllə” rəisinin evi söküldü, indi də... - QALMAQAL
-
Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
-
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
-
Pentaqondan rəsmi etiraf: “Silahları Tayvana yox, İrandakı müharibəyə saxlayırıq“
-
Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)
-
Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq YENİ LAYİHƏ - VİDEO
-
Leyla Əliyeva və Alena Əliyeva sərgidə - FOTOLAR
-
Pakistan Ordusunun Baş Komandanı İrana getməyəcək - Nə baş verir?
-
“Qarabağ”a Elvinə görə təklif gəldi - Milyonlar müzakirə olunur
-
“Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib“ - ABŞ səfiri
-
Hondurasda silahlı hücumlarda 24 nəfər öldürüldü - Altısı polisdir
-
Leyla və Arzu Əliyevalar “Urban Expo” sərgisində - Fotolar
-
Azərbaycan nefti bahalaşdı - Qara qızıl114 dollardan baha satılır
-
Ölkəmiz növbəti dəfə qlobal beynəlxalq tədbirə uğurla ev sahibliyi edir
-
Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Real”da ulduzlar müharibəsi - Mbappenin anası Perezə zəng etdi
-
Hansını almaq daha sərfəlidir - Təmirli, ya təmirsiz?
-
Partiya rəhbərliyinə qayıdan Kılıçdaroğlundan ilk açıqlama - “Biz bir yerdəyik”
-
ABŞ və İran müharibəni dayandırır: Pakistanın vasitəçiliyi ilə tarixi razılaşma
-
Bərdə sakini lombarda ödənişləri etsə də qızılını geri ala bilmir - VİDEO
-
Yas mərasimi keçirtmək əvəzinə abadlıq işləri görürlər - VİDEO
TOP 10
ARXİV






