| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Kamaləddin Qafarov kimdir? - Deputatın siyasi karyerası, biznes çevrəsi və haqqında yayılan iddialar...
Tarix 07.10.26, 12:54 |
|
Kamaləddin Qafarov uzun illərdir həm parlament fəaliyyəti, həm də əczaçılıq və tibb biznesi ilə bağlı mediada adı çəkilən deputatlardan biridir
Poliqon xəbər verir ki, deputatın karyerasında diqqət çəkən məqamlardan biri Milli Onkologiya Mərkəzində rəhbər vəzifədə çalışmasından əvvəl “Azəri Med†şirkətində fəaliyyət göstərməsi, daha sonra isə Milli Məclisə seçilməsidir.
Qafarov haqqında mediada Milli Onkologiya Mərkəzi, “Azəri Medâ€, “Zəfəran†apteklər şəbəkəsi, “Zəfəran Hospitalâ€, “Versal Palace†və digər şirkət və obyektlərlə bağlı müxtəlif məlumatlar yayılıb. Bu materialların bir hissəsi kommersiya reyestri və satınalma məlumatlarına, digər hissəsi isə jurnalistlərin və ayrı-ayrı media resurslarının irəli sürdüyü iddialara əsaslanır.
Bəs xalq arasında Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu olaraq tanınan Kəmaləddin Qafarov kimdir?
Kamaləddin Nəsrəddin oğlu Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Milli Məclisin rəsmi məlumatına görə, o, 2024-cü il sentyabrın 23-də keçirilən parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən VII çağırış Milli Məclisə deputat seçilib.
Qafarov Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Məclisin Səhiyyə və İntizam komissiyalarının üzvüdür və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir. O, həmçinin bir sıra digər parlamentlərarası işçi qrupların üzvüdür.
Bütün bunlar Kamaləddin Qafarovun rəsmi titullarıdır. Qeyri-rəsmi titulları arasında isə onun Milli Onkologiya Mərkəzinin qeyri-rəsmi patronu, əsasən tibb sahəsinə aid olan çox saylı biznes şəbəkəsinin sahibi, qeyri-rəsmi milyarder olması ilə bağlı iddialar var.
Rəsmi bioqrafiyada onun xarici dillərdən rus və türk dillərini sərbəst bildiyi, ailəli və dörd övladının olduğu da qeyd edilir.
Qafarov harada təhsil alıb?
Milli Məclisin saytında yerləşdrilən rəsmi bioqrafiyasına görə, Kamaləddin Qafarov Naxçıvan Dövlət Universitetini 1997-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetini isə 2009-cu ildə bitirib.
İlk ali təhsilində ixtisası meyvə-tərəvəzçilik və üzümçülük, ikinci ali təhsilində isə iqtisadçıdır. Amma o bütün həyatı boyunca əczaçılıq və tibb sahəsində fəaliyyət göstərib.
Qafarovun təhsil istiqaməti sonrakı əczaçılıq və siyasi fəaliyyəti ilə müqayisə edilərək zaman-zaman mediada müzakirə mövzusuna çevrilib. Lakin bu, özlüyündə onun peşəkar fəaliyyəti və ya deputatlıq hüququ ilə bağlı hər hansı hüquqi problem yaratmır.
Əmək fəaliyyətinə harada başlayıb?
Qafarovun sonrakı biznes əlaqələri ilə bağlı müzakirələrin əsas səbəblərindən biri onun uzun müddət “Azəri Medâ€də çalışması və sonradan bu şirkətlə bağlı hər zaman diqqət mərkəzində olub.
Kamaləddin Qafarov 2005–2014-cü illərdə “Azəri Med†MMC-də operator və maliyyə müdiri vəzifələrində çalışdığı göstərilir. Şirkət onun qohumunun adına qeydiyyatda olsa da, şirkətin əsil sahibinin məhz o olması barədə iddialar hər zaman dövriyyədə olub.
Bir neçə media araşdırmasına görə, “Azəri Medâ€in əvvəlki hüquqi ünvanı məhz Kamaləddin Qafarovun özünün yaşadığı mənzil olub. 2024-cü ildə yayımlanan məhkəmə mövzulu materialda “Azəri Medâ€in hüquqi ünvanının Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu mənzillə üst-üstə düşməsi ayrıca fakt kimi təqdim edilib. Həmin yazıda mediada Qafarovla əlaqələndirilən “Kanonâ€, “Mega Pharmacyâ€, “Azeri Med MNKâ€, “Versalâ€, “Versal Palace†və “Naturalist†kimi şirkətlərin də adı çəkilir.
“Azəri Medâ€lə bağlı son araşdırmalarda şirkətin əvvəlki qanuni təmsilçilər arasında Qafarov soyadlı şəxslərin olduğu və onların deputatla qohum olduğu bildirilir. Lakin şirkətin hazırkı qanuni təmsilçisi Famil Rəhimlidir. O 2016-cı ildən şirkətin hüquqi təmsilçisidir, lakin buna baxmayaraq şirkətin əsil sahibinin məhz Kəmaləddin Qafarov olması çoxlarında şübhə doğurmur.
“Azəri Medâ€in tenderləri niyə diqqət çəkir?
“Azəri Medâ€in dövlət tibb müəssisələri ilə bağladığı çoxmilyonluq müqavilələr Qafarov barədə mediada yayılan materialların əsas mövzularındandır. Qeyd edək ki, “Azəri Med†şirkəti 2015-ci ildən bu günlərə qədər Milli Onkologiya Mərkəzindən 100 milyonlarla manat tenderlər udub.
2024-cü ilin mayında Milli Onkologiya Mərkəzi “Azəri Medâ€lə 29 milyon 829 min 766 manatlıq müqavilə bağlayıb. 2025-ci ilin mayında müqavilənin məbləği 35 milyon 849 min 901 manatdan çox olub. 2026-cı ilin iyulunda isə Milli Onkologiya Mərkəzinin şirkətlə 34 milyon 961 min 987 manatlıq daha bir müqavilə bağladığı barədə məlumat yayılıb.
2026-cı ilin avqustunda isə Milli Onkologiya Mərkəzinin “Azəri Medâ€lə 50 milyon 320 min 46 manat 90 qəpik dəyərində yeni müqavilə bağladığı bildirilib.
Mediada dövlət satınalmaları portalındakı məlumatlara əsasən, 2019-cu ildən 2026-cı ilin avqustuna qədər Milli Onkologiya Mərkəzinin “Azəri Medâ€lə 36 müqavilə bağladığı və onların ümumi dəyərinin 289,5 milyon manatdan çox olduğu yazılıb.
Milli Onkologiya Mərkəzinə necə keçib?
Qafarov 2014–2015-ci illərdə rəsmi olaraq Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışıb. Bu məlumat onun parlamentə seçilməzdən əvvəlki karyerasının mühüm mərhələlərindən biridir.
2015-ci ildə deputat seçildikdən sonra bu vəzifədən ayrılsa da, Milli Onkologiya Mərkəzi bu günə qədər birmənalı olaraq Kəmaləddin Qafarovla əlaqələndirlir. Xalq içində o qeyri rəsmi olaraq Milli Onkologiya Mərkəzinin patronu olaraq tanınır.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzi əhalinin ən çox şikayət etdiyi nə narazı qaldığı qurumlar arasında yer alır.
Onkologiya Mərkəzindən parlamentə keçid necə olub?
Qafarov ilk dəfə 2015-ci ildə YAP-ın namizədi olaraq Milli Məclisə deputat seçilib. Daha sonra VI və VII çağırış parlamentlərdə də mandat qazanıb.
2024-cü il seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən yenidən deputat seçilib. Rəsmi məlumatda onun parlamentdə Səhiyyə və İntizam komissiyalarının üzvü olduğu göstərilir.
Onun parlament fəaliyyəti əsasən səhiyyə, dərman bazarı, tibbi xidmətlər və digər sosial məsələlərlə bağlı müzakirələrlə əlaqələndirilir.
Parlamentdə hansı fəaliyyətlə yadda qalıb?
Qafarov uzun müddət Milli Məclisin Səhiyyə komitəsində fəaliyyət göstərib. O, dərman vasitələrinin dövriyyəsi, səhiyyə sistemi, icbari tibbi sığorta və tibbi xidmətlərlə bağlı komissiya müzakirələrində çıxış edib.
Siyasi mövqeyində isə hakim Yeni Azərbaycan Partiyasının xəttini dəstəkləyən deputatlardan biri kimi çıxış edir.
Qafarovun parlament fəaliyyəti ilə bağlı rəsmi məlumatlar əsasən onun qanunvericilik fəaliyyətinə, səhiyyə məsələlərinə və beynəlxalq parlament əlaqələrinə yönəlib.
Milli Məclisin iclaslarında təsadüfdən-təsadüfə çıxış etdiyinə görə mətbuat onu "lal deputatlar" qrupuna aid edib. Doğrudan da bu günə qədər yaxın ətrafından kənarda Kəmaləddin Qafarovun səsini eşidən çox az adam var.
Kamaləddin Qafarova Ramiz Mehdiyev hamilik edib?
Uzun illər boyu bəzi media resursları Qafarovu Ramiz Mehdiyevin siyasi çevrəsi ilə əlaqələndirib və onun Mehdiyevin “sadiq kadrlarıâ€ndan biri kimi təqdim edib. Qafarovun biznes və siyasi karyerası ilə bağlı Mehdiyevin xüsusi tapşırıqlar verdiyi iddia edilir.
İddilara görə Kamaləddin Qafarov dibb və dərman sektorunda Ramiz Mehdiyevin maraqlarını təmsil edib və onun karyerasında bu təmsilçilik əsas rol oynayıb.
Mətbuatda Qafarov haqqında müsbət məlumatlar nələrdir?
Qafarov haqqında müsbət məzmunlu məlumatların əsas hissəsi onun parlament fəaliyyətinə aiddir.
O, bir neçə çağırış Milli Məclisdə deputat olub, Səhiyyə komitəsinin üzvü kimi fəaliyyət göstərib və parlamentlərarası əlaqələr üzrə müxtəlif qruplarda təmsil olunub.
Onun fəaliyyəti ilə bağlı müxtəlif illərdə dövlət təltifləri aldığı barədə də media məlumatları yayılıb.
“Zəfəran†aptekləri Qafarovun biznesinə daxildirmi?
“Zəfəran†apteklər şəbəkəsinin adı da illərdir Qafarovun biznes çevrəsi ilə bağlı media materiallarında çəkilir.
2020-ci ildə Baku.ws portalı “Zəfəran Apteklər şəbəkəsiâ€ni Qafarovun biznes şəbəkəsinə aid olduğu iddia edilən müəssisələr sırasında göstərib. Həmin siyahıda “Zəfəran Hospitalâ€, “Azəri Medâ€, “Kanonâ€, “Mega Pharmacyâ€, “Versal Palaceâ€, “Naturalist†və digər şirkətlərin adları da yer alıb.
Sonrakı illərdə digər media resursları da “Zəfəran†apteklərini Qafarovun biznes çevrəsi ilə əlaqələndirib. 2025-ci ildə yayımlanan materiallardan birində “AzeriMed Tibbi Marketâ€, “Zəfəran†apteklər şəbəkəsi və “Zəfəran Hospitalâ€ın deputata məxsus olduğu iddia edilib.
Lakin açıq mənbələrdə “Zəfəran†apteklərinin Qafarovun şəxsi mülkiyyətində olduğunu təsdiqləyən sənəd təqdim edilmir.
“Zəfəran Hospitalâ€ın Qafarovla əlaqəsi necə ortaya çıxıb?
“Zəfəran Hospital†da eyni media siyahılarında Qafarovla əlaqələndirilən müəssisələrdən biridir.
Hospitalın öz rəsmi internet səhifəsində “Zəfəran†brendinin yaratdığı geniş profilli özəl tibb mərkəzi kimi təqdim olunur. Hospitalda təcili yardım, laboratoriya, kardiologiya, cərrahiyyə, radiologiya, reanimasiya, ginekologiya, nevrologiya, endokrinologiya və digər tibbi xidmətlərin göstərildiyi bildirilir.
Daha maraqlı məqam isə Azərbaycan Tibb Universitetinin materiallarından birində “AzeriMedâ€in fəaliyyət sahələri sırasında “Zəfəran†aptek, “Kanon†aptek, “Günəbaxan†aptek və “Zəfəran Hospitalâ€ın birlikdə təqdim edilməsidir. Həmin materialda “Zəfəran Hospital†və aptek şəbəkəsi eyni səhiyyə-kommersiya ekosisteminin hissələri kimi göstərilir.
Bu məlumat “Zəfəranâ€ın “Azəri Medâ€lə müəyyən biznes əlaqəsinin olduğunu göstərir.
“Zəfəran†şəbəkəsi nə qədər böyükdür?
“Zəfəran†yalnız bir aptekdən ibarət olmayıb. Açıq mənbələrdə şəbəkənin müxtəlif illərdə bir neçə aptek məntəqəsini əhatə etdiyi, eyni zamanda “Zəfəran Hospitalâ€la birlikdə təqdim edildiyi görünür.
Azərbaycan Tibb Universitetinin yayımladığı materialda “AzeriMedâ€in fəaliyyət istiqamətləri arasında aptek şəbəkəsi, dərman və tibbi vasitələrin distribusiyası, tibbi avadanlıq, laboratoriya, stasionar xidmət, diaqnostika və “Zəfəran Hospital†qeyd olunur.
Bu isə həmin dövrdə “Zəfəran†adının ayrıca aptek biznesindən daha geniş tibbi-kommersiya strukturu daxilində istifadə edildiyini göstərir.
“Versal Palace†Qafarovun mülküdürmü?
Qafarovla bağlı media materiallarında “Versal Palace†və “Versal†adlı şirkətlərin də adı çəkilir.
2020-ci ildə Baku.ws portalında yayımlanan siyahıda “Versal†MMC və “Versal Palace†MMC Qafarovun biznes şəbəkəsinə daxil olduğu iddia edilən şirkətlər arasında göstərilib.
Bəzi digər media materiallarında isə “Versal Palaceâ€ın qanuni təmsilçisinin Qafarovun qardaşı Cəlaləddin Qafarov olduğu yazılıb.
Qafarovun başqa hansı şirkətləri mediada hallanır?
Müxtəlif illərdə Qafarovla əlaqələndirilən şirkətlərin siyahısı kifayət qədər geniş olub.
Bunların arasında “Azəri Medâ€, “Azəri Med-MNKâ€, “Kanonâ€, “Mega Pharmacyâ€, “Naturalistâ€, “AvestaFarmâ€, “Versalâ€, “Versal Palaceâ€, “Shafranâ€, “Zəfəran Hospital†və “Zəfəran†apteklər şəbəkəsinin adları çəkilib.
Lakin bütün bu şirkətlərin eyni hüquqi sahibə məxsus olduğunu göstərən vahid və tam açıq sənəd mövcud deyil.
Qafarovun daşınmaz əmlakı barədə nə məlumdur?
Qafarovun əmlakı barədə də müxtəlif media yazıları dərc olunub. Bəzi nəşrlərdə onun və ailə üzvlərinin müxtəlif daşınmaz əmlaklara, kommersiya obyektlərinə və yaşayış sahələrinə malik olduğu iddia edilir.
Açıq mənbələrdə onun qardaşları Hüsaməddin və Cəlaləddin Qafarovun, həmçinin digər yaxın qohumlarının müxtəlif şirkətlərdə hüquqi təmsilçi və ya təsisçi kimi göstərilməsi barədə məlumatlar var.
Xaricdə əmlak və sərvət barədə iddialar nə qədər əsaslıdır?
Bəzi media materiallarında Qafarovun xaricdə əmlakı və biznes aktivlərinin olduğu barədə də iddialar səsləndirilib.
Açıq mənbələrdə Qafarovun xaricdə biznes aktivləri olması barədə konkret olaraq iki şirkətin adı çəkilir: Gürcüstandakı “Helios Pharma LTD†və Kiprdə qeydiyyatdan keçmiş “Salidont LTDâ€.
“Helios Pharma†Gürcüstanda həqiqətən mövcud olan və hazırda da fəaliyyət göstərdiyi görünən şirkətdir. Gürcüstanın biznes məlumat bazasında şirkətin qeydiyyat tarixi 12 noyabr 2009-cu il, hüquqi ünvanı isə Tbilisi, Qorqasali küçəsi 41 göstərilir. Fəaliyyət sahəsi dərman vasitələrinin topdan satışı və əczaçılıq anbarlarıdır. Şirkətin statusu “operating†kimi göstərilir.
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin materiallarında “Helios Pharmaâ€nın 2018-ci ilin mayına qədər Qafarovun qardaşı kimi təqdim edilən Hüsaməddin Qafarovun adına olduğu, daha sonra isə Canilya Qafarovanın adına keçirildiyi iddia olunub. Şirkətin Tbilisidəki Qorqasali küçəsi 41 ünvanı da həmin materiallarda göstərilib.
Cavanşir Həsənlinin 2019-cu ildə yayımlanan araşdırmasına görə, “Salidont LTD†7 noyabr 2019-cu ildə Kiprin cənubunda, Limassol şəhərində HE403879 qeydiyyat nömrəsi ilə yaradılıb. Şirkətin idarə olunmasının Patricia Stilianou adlı şəxsə həvalə edildiyi bildirilirdi.
Sonrakı media materiallarında da “Salidont LTD†Qafarovun xaricdəki biznes aktivlərindən biri kimi təqdim olunub. Qaynarinfo 2024-cü ildə bu şirkəti Qafarovla əlaqələndirilən xarici şirkətlər arasında göstərib
Qafarov haqqında korrupsiya iddiaları varmı?
Bəli. Müxtəlif media resurslarında Qafarov dövlət satınalmaları, əczaçılıq biznesi və Milli Onkologiya Mərkəzinin tenderləri kontekstində tənqid olunub.
Əsas iddia “Azəri Medâ€in faktiki sahibinin Qafarov olması və şirkətin onun keçmiş iş yeri olan Milli Onkologiya Mərkəzinin iri tenderlərində ardıcıl qalib olması üzərində qurulur.
Qafarovun plagiat yazılar dərc etməsi ilə bağlı iddialar nədən ibarətdir?
Kamaləddin Qafarovun adı ilə bağlı digər mübahisəli mövzu onun müxtəlif media resurslarında yayımlanan analitik yazılarıdır.
Bəzi media materiallarında Qafarovun adına yayılan siyasi-analitik məqalələrin faktiki müəllifinin özü olmadığı, yazıların başqa şəxslər tərəfindən hazırlandığı və ya başqa mənbələrdən götürüldüyü iddia edilib.
2026-cı ildə savash.media portalında yayımlanan materiallarda Qafarovun çıxış və yazıları ilə bağlı tənqidi fikirlər səsləndirilib və onun adı ilə yayılan yazıların müəllifliyi məsələsi gündəmə gətirilib. Yazıda konkret olaraq belə bir iddia irəli sürülür, Qafarovun mətbuatda yayımlanan siyasi-analitik yazılarının “öz beyninin məhsulu olmadığı†barədə əvvəllər məlumatlar yayıldığı qeyd edilir.
“Qafarov Azərbaycan dilində yaza bilmir†iddiası nə qədər əsaslıdır?
Həmçinin deputatın latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilmədiyi də iddia edilir.
2026-cı ildə bəzi media resurslarında Qafarovun nitqi və yazı qabiliyyəti ilə bağlı tənqidi materiallar yayılıb. Bu materiallarda onun parlament çıxışları və adına dərc olunan analitik yazılar müqayisə edilərək müxtəlif iddialar irəli sürülüb.
Lakin onun Azərbaycan dilində yaza və ya oxuya bilməməsi barədə açıq mənbələrdə müstəqil ekspertiza və ya rəsmi təsdiq yoxdur.
Qafarovun özü bu iddialara nə cavab verib?
2026-cı ildə AzadlıqRadiosu “Azəri Medâ€in Qafarovla əlaqəsi barədə ondan mövqe almağa çalışdığını, lakin deputatla əlaqə yarada bilmədiyini yazıb.
Digər mətbu orqanlar da bu günə qədər Kamaləddin Qafarovla bu iddialarla bağlı mövqeyini öyrənə bilməyib.
Xəbərin oxunma sayı : 2269
Gündəm
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






