| |
|
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Büdcəyə quyu qazanlar - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
Britaniyada Mahmudovlarla bağlı qalmaqal - Vəkillərinə rekord cərimə kəsildi...
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
Prezident Cəbrayıl rayonunda - Horovlu kəndinin açılışı olub (FOTOLAR)
Tarix 28.10.25, 15:04 |
|
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
AzFakt.com xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib.
Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.
Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.
Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.
Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.
Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlət başçısı kəndə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
***
Ətraflı
Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub.
“PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.
Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
***
Prezident İlham Əliyev Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub.
İkinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.
Dövlət başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.
Hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.
***
Prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib.
Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.
Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.


















































Xəbərin oxunma sayı : 679
Sosial
Xəbərlər
-
Qazax və Qusarda gömrük məntəqələri genişlənəcək - Əli Əsədov qərar imzaladı
-
Azərbaycana gətirilən 6 tondan çox antep fıstığı məhv ediləcək - FOTOLAR
-
“Milyonların harda və nəyə xərclənməsinin izinə düşülməlidir...” - Keçmiş deputatdan nazirliyə ittihamlar
-
“Türkiyə Aİ-yə tamhüquqlu üzvlüyə doğru sürətlə irəliləyə bilər“ - Ərdoğan
-
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşüb - Səmərqənddə
-
Ukraynanın Slavyansk şəhəri “Smerç“lə vurulub - 3 nəfər ölüb
-
Adnanın yaxtası Barselona sahillərində - “Alkagesta” beynəlxalq sularda oyun çıxarır
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Türk vətəndaşlarına viza asanlığı təmin ediləcək“ - Monteneqronun XİN başçısı
-
Naftalının “acgöz“ yolları: Vüqar Novruzov təyinatından sonra küçə və yollara nə qədər pul “səpələnib“?
-
Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur
-
FED faiz dərəcəsini yenidən endirdi: Dolların məzənnəsi dəyişə bilərmi?
-
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları!
-
Prezident həbs olunan icra başçısını vəzifəsindən azad etdi - Sərəncam
-
Son 5 ildə BOKT-larda çalışanların sayı neçə nəfər olub? - SİYAHI
-
Türkiyə Böyük Britaniyadan 20 ədəd “Eurofighter“ alacaq - Nə qədər vəsait ödəniləcəyi açıqlandı
-
Həbsdə olan icra başçıları - Bir nəfər də artdı (SİYAHI)
-
Qanunsuz estetik əməliyyat edən “Dr Gülü”-nün fəaliyyəti dayandırıldı - Özü paytaxtdan qaçıb, şəriki isə gizlənir
-
Azərbaycan xaricdən niyə 7,1 milyard borc alıb? - Səbəbi açıqlandı
-
“Hətta elə vaxtlar olub ki...” - Baləkənin deputatı icra başçısının həbsindən danışdı
-
Bir qardaşı həbs edildi, digəri axtarışa verildi - TƏFƏRRÜAT
-
“Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur“ - İcraçı direktor
-
Azərbaycan məşhurlarının dəbdəbəli həyatı - 500 minlik ev, 220 minlik libas...
-
DTX-nin saxladığı icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir - FOTO
-
Jurnalist Vüqar Məmmədov saxlanıldı - “Hurriyyet TV”də əməliyyat
-
“Azərbaycanla əlaqə xüsusi əhəmiyyət daşıyır“ - Paşinyan
-
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli dindirilib - Baş Prokurorluqda
-
MEDİA jurnalistlər üçün müsabiqə elanı verib - Şərtlər
-
Hacı Qurban borca düşdü, tenderlərdə iştirakdan çıxarıldı
-
DTX Balakəndə əməliyyat keçirir: İcra başçısı saxlanıldı
-
“Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir“ - Paşinyan
-
Yolun ortasında alışıb yanan avtobuslar - Səbəb nədir?
-
Prezident.az saytında Ramiz Mehdiyevlə bağlı bütün məlumatlar silinib - FOTO
-
Maşına zorla mindirib apararaq döydülər - 3 qazi saxlanıldı
-
Leyla Əliyeva Qəbələdə bu ailənin qonağı oldu - Fotolar
-
Neft 60 dollara düşəcək, qızıl bahalaşacaq - Xoşagəlməz proqnozlar
-
Qubaya 10 sm qar yağdı - Küləkli və yağıntılı hava şəraiti davam edir
-
Tramp və Si Cinpin 6 il sonra görüşdülər - Cənubi Koreyada
-
Bakıda daha bir ərazidə söküntü - Sakinlərə kompensasiya veriləcək
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
“Çelsi“ fanatları Bakıda fırtına qoparmaq istəyirlər - Bu sayda tərəfdar gəlir
-
Bazarlarda mövsümi meyvələrin son qiymətləri - VİDEO
-
Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri - SİYAHI
-
“Aramızda kiçik bir münaqişə olub” - Donald Tramp
-
Şəhərin tam mərkəzində çirkab su problemi - VİDEO
-
Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi - FOTO
-
İkardi “Qalatasaray“dan ayrıla bilər: Klub futbolçuya yeni müqavilə təklif etməyib
-
Prezident BƏƏ Federal Milli Şurasının sədrini qəbul etdi - FOTOLAR
-
Məzahir Pənahov yola salınır - Yeni sədr Rövzət Qasımov olacaq
-
“Türkiyə bölgədə lider statusunu qorumağa davam edəcək“ - Ərdoğan
-
Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi
-
Deputatlar niyə banka pul qoymurlar? - Özləri açıqladı
-
Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava
-
Prezident Rumıniya Senatının sədrini qəbul etdi - FOTOLAR
-
“Bolmart” supermarketlər şəbəkəsi qapadılır? - Yoxlama gedir
-
Səfirlik Monteneqroda azərbaycanlılara hücumla bağlı açıqlama yaydı: “Proses diqqətədir...“
-
Nazirlik “New Med“i plandankənar yoxladı - Pozuntular aşkarlandı
-
Dünya bazarlarında metallar neçəyə satılır? - SİYAHI
-
Prezident bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin etdi - SƏRƏNCAM
-
“Sovetski“də 127 bina qorunub saxlanılacaq“ - BŞİH
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Elton Məmmədov Baş Prokurorluğa çağrıldı - Mənimsədiyi 3 milyon manatı geri qaytarıb
-
İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 100-ü keçdi - 46-sı uşaqdır
-
Pakistan Baş naziri Azərbaycana səfər edəcək - Zəfər paradında iştirak edəcək
-
Miqrasiya Xidməti binanın fasad örtüyünü yeniləyəcək - 2,5 milyona
-
Ötən həftə “Milyonların şousu”nda 8 min qazanmışdı - Dələduzluğa görə saxlanıldı
-
İcra başçısı “gizli şirkəti“ ilə tenderlərə girir - 450 minlik sövdələşmə olub
-
Bu il hotellərin 75 faizi boş qalıb: Ən aşağı göstərici Laçında olub
-
“WhatsApp” hesablarına icazəsiz giriş cəhdləri artıb - XƏBƏRDARLIQ
-
“Altay“ tankının seriyalı istehsalı başladı - Hansı özəlliklərə sahibdir?
-
Kolleclərdə yüksək vəzifəyə təyinatlar - Biri tələbədir
-
MİDA-nın güzəştlə satdığı mənzillər bahalaşıb - Yeni qiymətlər
-
Bu gün maqnit qasırğası olacaq: Xəbərdarlıq
-
Prezident bu nazirliyə yeni səlahiyyət verdi - SƏRƏNCAM
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
“AzSığorta“nın zərərliliyi artdı - Yığımlarda ciddi azalma
-
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlərimiz dəfn olundu - Fotolar
-
Elton Məmmədov milyonlar mənimsəyibmiş - Sadiq adamı idi...
-
Türkiyə Bakıda bu suallara cavab axtarır - “Hakan Fidanın müavini ona görə gəlmişdi ki...”
-
Duzdağın çökəcəyi ilə bağlı süni ajiotaj - Yüzlərlə mədənçi işsiz qalıb
-
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib - Qiymətləri açıqlayıb
-
Juninyo “Flamenqo”dan ayrılır - “Qarabağ”a qayıda bilər
-
Polisdən şübhəli zəng və keçidlərlə bağlı vətəndaşlara xəbərdarlıq - VİDEO
-
Xanım deputatın mandatına xitam veriləcək? - Adı sahibkar kimi gedir
-
Günlərdir davam edən səs-küy sakinləri bezdirdi: Problemin səbəbi nədir?
-
ABŞ Maduronun həbsi üçün onun pilotuna 50 milyon dollar təklif edib - KİV
-
Tanınmış cərrah İdrak Əhmədovdan şikayət - VİDEO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
-
Bəzi dərmanların ucuzlaşmasının arxasında nə dayanır? - Aaçıqlama
-
"Pilot İnşaat-A" MTK vətəndaşın evini yerlə bir etdi - İDDİA
-
Azərbaycanda kirayə ilə bağlı vergi məbləği azaldılır - VİDEO
-
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
-
Bu sənətçilər yeni il gecəsi milyonlar qazanacaqlar - SİYAHI
-
Hakimlər və futbolçular mərc oyunlarında? - Araşdırma başladı
-
Lerikdə məktəbdə iş saatına görə dava - Yeznə qaynına xəsarət yetirdi
-
Prezidentdən Türkiyənin milli bayramı ilə bağlı paylaşım - FOTO
-
Saleh Səmədovun üçüncü oğlu da işdən çıxarıld - Bu Agentlikdə şöbə müdiri imiş...
-
Adnan Əhmədzadənin həbsindən sonra... - “Hər şey gözəl, hər şey əla idi, ta ki...“
-
Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? - Siyahı
-
İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - AÇIQLAMA
-
Prezident Zəngilanda gedən işlərlə tanış oldu - FOTOLAR
-
“Bandotdel“ dabaq xəstəliyinə qarşı saxta dərman hazırlayanları saxladı - VİDEO
-
Milyonçu qardaşların işində yenilik - 1 milyardlıq əmlaklarına həbs qoyulub
-
Prezident Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşdü - FOTOLAR
-
Xırdalanda çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə olundu
-
Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm”
-
Yeni ildən bütün pensiyalar artacaq -VİDEO
-
Prezident Zəngilan rayonunun bu kəndlərini gəzdi - FOTOLAR
-
Sabah 5 minə yaxın abonent qazsız qalacaq - Bu ərazidə
-
“Cəmil əvəzinə Cəmilə, Əlibəy əvəzinə Dəlibəy“... - Məhkəmə qərar verdi
-
“Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir“ - Prezident
-
İstanbul danışıqları nəticəsiz qaldı: Əfqanıstan Pakistanı hədələdi
-
“Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir“ - İlham Əliyev
-
Qoca Əmiraslanovun evindən oğurluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirildi - VİDEO
-
Prezident avtomobil yolunun açılışında iştirak etdi - Fotolar
-
“Hər ay 8 “Altay” tankı istehsal olunacaq“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Cəbrayılda məscidin təməlini qoydu - FOTOLAR
-
Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır - Son rəqəmlər
TOP 10
ARXİV





