“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Suriyadakı toqquşmalarda 356 nəfər ölüb - Nə baş verir?

Tarix 17.07.25, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Ən azı 356 nəfər Suriya Əs-Süveyda vilayətində keçid hökumət qüvvələri ilə druz dağlılarının özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda həlak olub.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 55-i dinc sakin, 79-u özünümüdafiə qüvvələrinin döyüşçüləri olub.
“Dəməşqdən sabitliyi bərpa etmək üçün göndərilən Daxili İşlər və Müdafiə Nazirliklərinin xüsusi təyinatlı qüvvələri 189 nəfər itki verib, hökumətyönlü ərəb tayfalarının silahlı birləşmələrindən isə 18 nəfər öldürülüb. Bundan əlavə, 16 iyulda İsrailin Dəməşqə hava hücumları nəticəsində daha 15 daxili təhlükəsizlik əməkdaşı həlak olub”, - telekanalın məlumatında deyilir.
Bundan əvvəl respublikanın Müdafiə Nazirliyi Əs-Süveyda şəhərindən bütün hərbi qüvvələrin çıxarıldığını elan edib. Əhalisinin əksəriyyətini druzların təşkil etdiyi şəhərdə atəşkəs razılaşmasına uyğun olaraq qoşunlar qanunsuz silahlı dəstələrdən təmizləmə əməliyyatından sonra çıxarılıb. Bildirilib ki, şəhərə nəzarəti polis qüvvələri həyata keçirəcək.
Druzların dini lideri şeyx Yusif Carbua hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmanı alqışlayıb.
“Biz Dəməşqdəki hökumətlə əlaqə saxladıq və milli suverenliyə sadiq olduğumuzu təsdiqlədik. Dövlət idarələrinin fəaliyyəti Əs-Süveydanın bütün ərazilərində Suriya qanun və qaydalarına uyğun olaraq bərpa olunacaq”, - o, sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Suriyanın cənubunda vəziyyət 13 iyulda kəskinləşib. Həmin vaxt Əs-Süveyda vilayətində ərəb tayfalarının silahlı birləşmələri ilə druz dağlılarının özünümüdafiə dəstələri arasında toqquşmalar başlayıb. 15 iyulda Suriya ordusu vilayətin eyniadlı inzibati mərkəzinə daxil olub və vəziyyəti sabitləşdirmək məqsədilə şəhərin təmizlənməsinə başlayıb. Bundan az sonra İsrail, druz əhalisini qorumaq üçün Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarına zərbələr endirib, 16 iyulda isə Dəməşqdə bir sıra strateji obyektləri atəşə tutub.

Druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilində danışan, etno-konfessional qapalı bir qrupdur. Suriyada 700 min nəfər druz yaşayır və bu, ölkədə kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini-etnik azlıqdır.



Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap