Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Tibb ixtisası üzrə verilən şəhadatnamə... - Agentlikdən xəbərdarlıq

Tarix 23.10.25, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bəzi tibb ixtisasları üzrə akademik şəhadətnamə alanlara müraciət edib.

AzFakt.com müraciəti təqdim edir:

"Bildiyiniz kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Prezidentin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" (bundan sonra - Qaydalar) əsasında həyata keçirilir.

Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilmələri üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bununla yanaşı, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar üzrə xarici kvalifikasiyaların peşə tanınması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilən müvafiq imtahanlarda uğurlu nəticə göstərildiyi təqdirdə verilir.

Bildiririk ki, sözügedən Qaydaların qəbulundan sonra ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar üzrə xarici kvalifikasiyaların tanınması məqsədilə TKTA-ya müraciət etmiş ərizəçilərlə bağlı aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, həmin ərizəçilərin bir qismi Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan müvafiq peşə ixtisası üzrə imtahanlarda uğurlu nəticə göstərmədiyi üçün yalnız akademik şəhadətnamə əldə edib.

Xüsusilə qeyd edirik ki, akademik şəhadətnamə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir və bu şəhadətnaməni almış şəxslərin hər hansı peşə fəaliyyəti ilə məşğul olmaları mövcud qanunvericiliyin tələblərinə ziddir.

Əlavə olaraq qeyd edirik ki , ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar (tibb və stomatologiya) üzrə akademik şəhadətnamə almış şəxslər peşə fəaliyyəti ilə qanuni əsaslarla məşğul ola bilmək üçün yenidən TKTA-ya müraciət etməli və Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan müvafiq imtahandan müvəffəqiyyətlə keçərək kvalifikasiyalarının tam tanınmasını təmin etməlidirlər".



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap