|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yeni müqavilə kimə daha çox xeyir verəcək? - Aldım qaz, satdım qaz…
Tarix 01.12.21, 9:12 |
|
Noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən zirvə görüşündə Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləyə İlham Əliyev və İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın neft naziri Cavad Ovci imza atıblar.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran vasitəsi ilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. İranın neft naziri Cavad Ovci bildirib ki, svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və ekvivalent məbləği Astara sərhədində Azərbaycana çatdıracaq. Türkmənistan Azərbaycana gündə 5-6 milyon kubmetr qaz satacaq.
Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanması gözlənilir.
Ovci həmçinin bildirib ki, İran 2017-ci ilin sonunda Tehrana tədarük edilən qaza görə 1,8 milyard dollar borcunun olduğunu bildirən Türkmənistanla uzun müddət davam edən qaz borcu mübahisəsini həll etmək üçün hərəkətə keçib. “Türkmən tərəfinə olan qaz borcunu daha əvvəl aparılmış danışıqlardan sonra aradan qaldırmaq üçün ilk taksiti tezliklə ödəyəcəyik” , – nazir əlavə edib. İran cənubda böyük təbii qaz yataqlarına malikdir, lakin 1997-ci ildən bəri Türkmənistandan aldığı qazı şimal əyalətlərində, xüsusilə qış aylarında paylamaq üçün idxal edir.
Sözügedən müqavilədə maraqlı olan məsələlərdən biri qaz ixracatçısı olan Azərbaycanın Türkmənistandan qonşu ölkə vasitəsi ilə qaz almasıdır. Bu, hansı ehtiyacdan doğub?
Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 20,3 milyard kubmetr qaz hasil edilib. Qazın 6,4 milyard kubmetri Azəri-Günəşli Çıraq (AÇG) yatağından, 10 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Nazirlik bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 faiz çoxdur. Cari ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 milyard kubmetr, Avropaya təqribən 3,2 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 50,5 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 2,7 milyard kubmetrdən çox qaz nəql olunub.
Dövlət Gömrük Komitəsi isə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmini açıqlayıb. 9 ayda ölkəmizdən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib.
İlin ilk 9 ayında ölkədən ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban müqaviləni şərh edərkən bildirib ki, Azərbaycan 2016-cı ildə artıq Türkmənistan qazını svop müqaviləsi üzrə İran üzərindən həyata keçirib. “”Caspian Barrel”in hesablamalarına görə, 2021-ci ildə Azərbaycanda 31 mlrd m3 ətrafında əmtəəlik qaz hasil ediləcək və ölkədə qaz defisiti yaşanması proqnoz edilmir. Ona görə də mənim üçün tamamilə qaranlıqdır, nəyə görə Azərbaycan cari ildə Rusiya və Türkmənistanla qaz dəyiş-düyüşü edilməsi ilə bağlı müqavilələr imzalayır?
Jurnalistlər Azərbaycan hökuməti, SOCAR, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi kimi qurumlardan bununla bağlı şərhlər almağa çalışmalıdır. Verilən rəsmi cavablar ölkənin hər il təsdiq edilən, lakin ictimaiyyət üçün açıqlanmayan qaz balansına əsaslanmalıdır”, – ekspert vurğulayıb.
Enerji sektoru üzrə mütəxəssis Dalğa Xatınoğlu Pressklub.az-a şərhində bildirib ki, bu saziş hər üç ölkəyə, o cümlədən Gürcüstana xeyirlidir. “Çünki ilk svop müqavilə 2016-cı ildə bağlanmışdı və bir il icra olundu. Türkmənistan qazını İrana təhvil verdi, İran da üstünə 15-20 faiz svop haqqı qoyub, Azərbaycana təhvil verdi. Azərbaycan isə İrandan daha çox xeyir götürüb, Gürcüstana satdı. Gürcüstanın xeyrinə gəlincə, baxmayaraq ki, hər üç ölkə üzərinə pul qoyub satıb, yenə də regiondakı qaz tarifindən çox ucuz qiymətə bu əmtəəni əldə etdi”,-ekspert vurğulayıb.
D. Xatınoğlu deyir ki, təfərrüatı məlum deyil, amma 2016-cı ildə bir illik müddətə yarım milyard dəyərində svop əməliyyatı həyata keçirilib: “Bəzi mənbələrə görə, Aşqabadda imzalanan yeni müqavilə 4 illik bağlanıb və ilə 1.5-2 milyard kubmetrlik svop əməliyyatı həyata keçiriləcək. İran üçün iki baxımdan bu ticarət daha çox xeyirlidir.
Birincisi, Tehran təxminən 15-20 faiz svop haqqı alır. İkincisi, İranın magistral boru kəmərləri ölkənin şimal-şərqində yerləşmir. Ona görə də bu əyalətlərdə qaz qıtlığı daha çox olur. Baxmayaraq ki, həmin ərazidə bir qaz yatağı var. Türkmənistan alınan qazın bir qismi hesabına bu qıtlığı müəyyən qədər azalda biləcək. İranın şimal şərqində – Güney Azərbaycan hissəsində 3 magistral boru kəməri mövcuddur. Onlar vasitəsi ilə qazı Azərbaycana təhvil verəcək. Məlumat üçün deyim ki, İran günlük 800 milyon kubmetr qaz istehsal edir”.
Enerji mütəxəssisi qeyd edir ki, çox güman, İran yaxın bir-iki ildə bu müqavilədən 200-300 milyon kubmetri qazı özünə svop haqqı olaraq götürəcək. “Yəni Türkmənistan illik 2 milyard kubmetr qazı İrana ötürsə, onun üzərindən götürüb öz ehtiyaclarına yönəldəcək. Əlbəttə, bu İranda qıtlığı aradan qaldırmağa müəyyən qədər kömək edə bilər, çünki qonşu ölkənin ehtiyacı çox böyükdür. Ola bilsin, bu müqavilənin məqsədi Gürcüstanla bərabər, gələcəkdə Türkiyə və Avropa bazarlarına qaz ixrac etmək də olsun”, – ekspert bildirib.
Azərbaycana konkret xeyrinə gəlincə, Dalğa Xatınoğlu bildirir ki, Bakı türkmən qazını hətta İran svop haqqı götürdükdən sonra belə kifayət qədər ucuz qiymətə alır: “İkincisi, Azərbaycanın kifayət qədər tutumlu yeraltı qaz anbarları var. Ola bilər, yayda aldığı qazı toplayıb, qışda onu qat-qat bahasına satsın. Hazırda biz onu müşahidə edirik ki, Avropa bazarlarında qazın qiyməti kəskin artıb, bu, istehsalçılar üçün yaxşı bazar şərtləri deməkdir. Azərbaycanın öz istehlakı üçün türkmən qazına ehtiyacı yoxdur, amma tranzit ölkə kimi ondan istifadə edəcək və ordan haqqını götürəcək”.
Xəbərin oxunma sayı : 961
İqtisadiyyat
Xəbərlər
-
Məni bikinidə görsən, başqasına baxmazsan - Roza
-
Bunlar qlobal iqtisadiyyatı dağıdır – BVF rəhbəri
-
Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır - İlham Əliyev
-
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı
-
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib: nələr müzakirə olunub?
-
Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA
-
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz“in keçmiş işçisini özünə müşavir götürüb
-
Azərbaycan İsrailə 18 ton dondurma satıb – 1 kiloqramı 7 manata
-
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
-
Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas
-
Maaşlar yenidən artırıla bilərmi? - VİDEO
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi
-
“Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır“ - Ermənistanın Aİ-dəki səfiri
-
Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır?
-
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA
-
Sədərək rayonunda sursat partladı - İki nəfər həlak oldu
-
Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib
-
“Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək“ - Putinin sözçüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
DİM imtahan cavablarını açıqladı - Buradan yoxlaya bilərsiniz
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi - VİDEO
-
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
-
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
-
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO
-
Almaniya Rusiya pullarının müsadirəsini istəmir – Səbəb
-
“Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar” – “Tərtər işi”
-
“Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir“ - Ermənistan XİN
-
29-da Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
-
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”
-
Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?
-
“Altı ayda Qəzzada 13 min uşaq ölüb” - BMT
-
Bakının bu küçələri də plana düşdü - Söküntü işləri aparılacaq + VİDEO
-
“Mask gözlənilmədən Çinə səfərə gedib“ - KİV
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO
-
Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? - VİDEO
-
İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq”
-
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
-
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO
-
“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? - VİDEO
-
Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışıb - VİDEO
-
Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var
-
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
-
“Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram“ - Xuraman Şuşalı
-
“Nə baş verdiyini bu gün desəm...“ - Salah Kloppla niyə mübahisə edib?
-
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
-
Məhkumlar yaşa görə əmək pensiyası alırlar? - RƏSMİ CAVAB
-
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
-
TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO
-
Japarov Azərbaycana niyə gəldi? - TƏHLİL
-
“Real Madrid” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq – KİV
-
Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı
-
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
-
ABŞ yeni “qiyamət günü təyyarəsi” hazırlayacaq – “Reuters”
-
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO/VİDEO
-
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
-
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - VİDEO
-
Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda diqqətli olun!
-
Bakıda ilanların sayı artıb? - VİDEO
-
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
-
Ölkədə fındıq istehsalı və ixracı artsa da, idxal azalmır - Araşdırma
-
Prezident bir qrup sahibkarı təltif etdi - SİYAHI
-
Ukraynanın İstanbulda barışıqdan imtinasının səbəbi - KİV
-
Bu pomidorları almayın! - RİSKLİDİR
-
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
-
Ali Məhkəmənin hakimi intihar etdi - ŞOK SƏBƏB
-
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
-
“Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq” - Peskov
-
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
-
Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?
-
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
-
Şuşada mina partladı - xəsarət alan var
-
Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb - VİDEO
-
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
-
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
-
Polis Xankəndidə əməliyyat keçirdi - VİDEO
-
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət olunub - FOTO
-
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
F-16-ları məhv edəcəyik - Juravlyov
-
Tarixdə ilk imperiya necə yaranıb? - Maraqlı faktlar
-
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
-
Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər - VİDEO
-
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
-
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...
-
Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO
-
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
-
Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları - Valideynlərə xəbərdarlıq
-
MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO
-
“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident
-
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətləri
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - VİDEO
-
Kanada baş nazirindən açıqlama - Ölkədə “TikTok” bağlanır?
-
“Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” - KİV
-
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTOLAR
-
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
-
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO
-
Hansı meyvənin tumu botoks effekti verir? - ARAŞDIRMA
-
İlan zəhərini necə əldə edirlər? - Tükürpədən GÖRÜNTÜLƏR + VİDEO
-
Qırğızıstanla Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur
-
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - FOTO/VİDEO
-
Talıb Talenin toyu olacaq - VİDEO
-
Bəzi tikinti materialları BAHALAŞACAQ
-
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
-
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
-
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
-
İki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə
-
Azərbaycan və Qırğızıstana iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir
-
“Landmark“ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə “stop“ qoyulur
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
TOP 10
ARXİV