“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“17 yaşlı qız ilə 37 yaşlı kişi könüllü razılaşma yolu ilə nişanlanıb” – DİN

Tarix 06.05.24, 11:38

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb.

AzFakt.com xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir.
Qeyd olunur ki, bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı kişi ilə toyu olub.
Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, həmin məktəbli 6-cı sinifdən məktəbə gəlmir və bu hal iki il davam etdiyi üçün o, məktəbdən çıxarılıb.
Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı  qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib:
“Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar”.
Qeyd olunub ki, faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.



Xəbərin oxunma sayı : 901




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap