“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“Bakıda əhalinin orta sıxlığı ölkə üzrə göstəricidən 9 dəfə çoxdur” - Nazir müavini

Tarix 05.04.23, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir.

Bunu “Report”a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov paytaxtda və ətraf ərazilərdə tıxacların artmasının səbəbini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, nəqliyyat sisteminin tənzimlənməsi üçün kompleks tədbirlər görülməlidir:

“İqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur. Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir".

R.Hümmətov vurğulayıb ki, bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur: "Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun.

Biz sahəvi nazirlik olaraq konseptual yanaşma nın tərəfdarıyıq. Hazırda qeyd etdiyiniz məsələnin həlli ilə bağlı aparıcı beynəlxalq konsaltinq şirkətləri cəlb olunmaqla ictimai nəqliyyatın idarə edilməsi və mobillik modeli hazırlanır. Modelin məqsədi ictimai nəqliyyatda əlçatanlığın artırılması, şəhərin daxilində mobillik sürətinin artırılması, tıxacların aradan qaldırılması və atmosferə atılan tullantıların azaldılmasıdır. Model çərçivəsində Bakının “rəqəmsal əkizi” yaradılacaq ki, bu da qərarların elmi-praktiki əsaslandırılmasını təmin edəcək.

Onu da qeyd etməliyəm ki, modeldə ictimai nəqliyyat, o cümlədən dəmir yolu, metro, taksi, fərdi nəqliyyat vasitələri, eləcə də kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuter və samokatlar da nəzərə alınacaq. Eyni zamanda nəqliyyat məsələlərinin həlli istiqamətində görülən işlərə paralel olaraq, Bakı şəhərinin piyada yönümlü şəhərə çevrilməsi, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması məqsəd kimi qoyulub".

Nazir müavini hesab edir ki, görülən işlər ekoloji tarazlığın bərpa edilməsinə də xidmət etmiş olacaqdır: "Avtonəqliyyat vasitələrinin hərəkət sürəti azaldıqda СО2 tullantısının miqdarı artır, yol hərəkətinin optimallaşdırılması tədbirləri nəticəsində tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin hərəkət sürətinin artırılması, bütövlükdə zərərli tullantıların azalmasına səbəb olur.

Qeyd etmək vacibdir ki, biz bu layihənin müsbət nəticələrinin qarşıdakı dövrdə ardıcıl olaraq şahidi olacağıq".



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap