“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

İki ölkə arasında əməkdaşlıq əlaqələri bütün sahələr üzrə yüksəlir

Tarix 09.05.24, 19:31

Font ölçüsü : - / +
bitmap-img6


Hərtərəfli inkişaf, etibarlı və vacib tərəfdaş statusu, dünya üçün əhəmiyyətli və bir o qədər də strateji layihələri Azərbaycanın beynəlxalq imkanlarının genişlənməsində mühüm rol oynayır. Ölkəmizlə əlaqələr quran dövlətlər hər zaman bu münasibətlərdən məmnunluqla danışıblar. Odur ki, Azərbaycanla əməkdaşlığa üstünlük verən, özünün strateji tərəfdaşı hesab edən dövlətlərin sayı artmaqdadır. Son dövrlər Balkan ölkələri, xüsusilə də Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bildiyimiz kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir .
      
Bolqarıstan uzun illər davam etmiş Qarabağ münaqişəsi dönəmində obyektiv mövqe tutub. Bu ölkə ardıcıl olaraq ədalətli yanaşma sərgilədi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün Azərbaycanın haqq işinə böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada törədilən vandalizm aktlarını birbaşa öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki ölkənin dostluğuna böyük təkan verən amil dövlət başçıları səviyyəsində təşkil olunan səfərlərdir. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan səmimi dialoq münasibətlərimizi indiki səviyyəyə çatmasına geniş zəmin yaradıb. Xüsusilə 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş tutan rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin 2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rola malik olub.

Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir. İnanırıq ki, Bolqarıstan Prezidenti cənab Rumen Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə gəlməyə əsas verir.
      
Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı cənab İlham Əliyev yaşıl enerji sahəsindən də bəhs etdi: "Həmçinin Prezident Rumen Radev də Azərbaycanın yaşıl enerji layihələrinin perspektivinə toxundu. Qürurvericidir ki, Azərbaycan yaxın gələcəkdə həm də yaşıl enerji təchizatçısı olaraq da tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin effektli enerji siyasətinin, uğurlu təşəbbüskarlığının nəticələridir".
      
Prezident mətbuata Bəyanatında həmçinin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına dair fikirlərini bildirib " Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm".

Amil Alışov



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap