Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Əsabil Qasımov Rusiyada nəhəng kompleks aldı - 50 milyon ödəyib...

Tarix 08.04.26, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Sankt-Peterburqda yerləşən “Nikolskie Ryadı” kompleksinin yeni sahibi azərbaycanlı iş adamı Əsabil Qasımov olub.

AzFakt.com "Banker.az"a istinadla xəbər verir ki, alınmış kompleksin balansında iki otel və şəhərin mərkəzində yerləşən bərpa olunmuş binada kommersiya daşınmaz əmlakı var.

Aktivin alıcıları Şamama Qasımovaya məxsus “Sanatoriy İstoçnik” MMC (60%) və Taleh Qasımova məxsus “Ekspo” MMC (40%) olub. Şirkətlər azərbaycanlı iş adamı, aqrar yönümlü “Karat Holding”in rəhbəri Əsabil Qasımovla əlaqəlidir.


Sövdələşmə 2025-ci ildə baş tutub və Sankt-Peterburqda mehmanxana daşınmaz əmlakı seqmentində ən iri müqavilə olub. Qeyd olunan aktivlər üçün Qasımov 3–3,5 milyard rubl (təxminən 51–59,5 milyon manat) ödəyib. Daha əvvəl “Nikolskie Ryadı” Andrey Yakuninə məxsus “Venture Investment and Yield Management” fondunun aktivlərinə daxil idi.

Obyektlərin ümumi sahəsi 27,9 min kvadratmetr təşkil edir. 1789-cu ildə inşa edilmiş keçmiş Nikolsk bazarının binası keçmiş sahibi (bundan öncəki) tərəfindən 2010-cu ildə 420 milyon rubla (təxminən 7,1 milyon manat) alınmışdı.



Xəbərin oxunma sayı : 655




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap