“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“Seçkilər COP-29-a görə erkən keçiriləcək” – Sabir Rüstəmxanlı

Tarix 06.05.24, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP-29 (BMT-nin İqlim Dəyişikliyi Konfransı) ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: "Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər".

Son illər Azərbaycanda seçkilərin əksəriyyəti növbədənkənar keçirilir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, bu il parlament seçkilərinin bir neçə ay tezləşdirilməsində heç bir səbəb axtarmaq lazım deyil: "Burada səbəb böyük beynəlxalq tədbirin keçirilməsidir. Həmin tədbirə on minlərlə insan gələcək. Onların qarşılanması, yerləşdirilməsi, yola salınması çox ciddi işdir və bunun öhdəsindən gəlmək asan məsələ deyil".

Deputatın fikrincə, həmin günlər seçkilərin keçirilməsi mümkün deyil: "Seçkilərin erkən keçirilməsi çox ciddi hadisə deyil. Burada başqa səbəb də axtarmaq lazım deyil. Səbəb elə COP-29 tədbirinin keçirilməsidir. Biz bu tədbirlərin Bakıda keçirilməsində maraqlıyıq. Ona görə də seçkilərin bir və ya bir neçə ay irəli çəkilməsi əslində heç nəyi dəyişmir. Yəni, siyasi partiyalar beş il ərzində buna hazırlaşıblarsa, deməli, hazırlaşıblar, əks təqdirdə bir ay ərzində bu hazırlıq heç bir nəticə verməz".



Xəbərin oxunma sayı : 721




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap