Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

İYİ partidə Müsavat dövrü başladı: Meral Akşenəri Dərvişoğlu əvəz etdi

Tarix 22.04.24, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə müxalifətdə olan “İYİ” Partiyasının yeni sədri məlum olub.

Siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputat Müsavat Dervişoğlu sədr seçilib.

Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.

Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Daha sonra Tolqa Akalın namizədliyini geri götürüb. Müsavat Dervişoğlu 570, Koray Aydın isə 565 səs toplasa da, sədr üçüncü turda müəyyən edilib.


Üçüncü turda mütləq səs çoxluğu tələb olunmadığından ən çox səs toplayan namizəd Müsavat Dervişoğlu “İYİ” Partiyasının sədri olub. Üçüncü turda Müsavat Dervişoğlu 611, Koray Aydın isə 548 səs toplayıb.

Xatırladaq ki, Meral Akşener “İYİ” Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib. (Report)



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap