“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - REYTİNQ

Tarix 08.05.24, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Şəhərləri orada yaşayan milyonerlərin, sentimilyonerlərin (investisiya sərvəti 100 milyon ABŞ dolları və ya daha çox olanlar) və milyarderlərin sayına görə sıralayan “Dünyanın Ən Zəngin Şəhərləri 2024” hesabatı açıqlanıb.

Reytinq “Henley & Partners” və “New World Wealth” tərəfindən tərtib edilib.

İlk 50-likdə ABŞ-nin 11 şəhəri yer alıb, o cümlədən reytinqə başçılıq edən Nyu York. Şəhərdə 349,5 min milyonçu, 744 sentimilyonçu və 60 milyarder yaşayır.

İkinci yerdə San Fransisko (305,7 min milyonçu) qərarlaşıb. İlk üçlüyü 10 il əvvəl siyahıya başçılıq edən Tokio (298 300 milyonçu) tamamlayır. Sinqapur şəhər-dövləti (244,8 min milyonçu) son on ildə super varlı insanların sayında 64% artımla ilk dəfə iki pillə irəliləyərək 4-cü yerə yüksəlib.

“Henley & Partners”in baş direktoru Yorq Şteffen qeyd edib ki, şəhərlərin rifahının artımında əsas amillər son illərdə maliyyə bazarlarında yüksək göstəricilər olub.
Çin ən zəngin şəhərlər sıralamasında diqqəti cəlb edir, Pekin (125,600 milyonçu) son on ildə milyonçuların sayının 90 faiz artması nəticəsində ilk dəfə ilk 10-luğa daxil olub. Daha sonra isə sırada Şanxay (123,4 min), Şençjen (50,3 min), Quançjou (24,5 min) və Hançjou (31,6 min) gəlir.

Dünyanın ən zəngin şəhərlərinin 2024-cü il reytinqinə dünyanın 97 şəhərində varlı insanların sayı barədə məlumatlar daxildir.



Xəbərin oxunma sayı : 1030




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap