Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Adam oğurluğunda təqsirləndirilən şəxs ev dustaqlığı istədi - MƏHKƏMƏ

Tarix 07.11.24, 9:02

Font ölçüsü : - / +
bitmap-img6

 
Bakının Qaradağ rayonu ərazisində adam oğurluğu cinayəti törətməkdə təqsirləndirilən Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Vəli Vəliyevin vəkili Qantural Mursəlzadə müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim edib. Məhkəmə müşavirədən sonra vəsatətin qəbul edilməsinə hər hansı bir əsasın olmadığını vurğulayaraq onu rədd edib. Cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, müstəntiqlərin təqdim etdiyi məlumata görə, Rövşən Eyyubov paytaxt sakini Balakərim Umudovu oğurlamaq niyyəti ilə bir qrup şəxslə qabaqcadan əlbir olaraq plan hazırlayıb. Onlar 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan özlərinə məxsus BMW markalı avtomobilə əyləşməyi tələb ediblər. Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 868




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap