“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq

Tarix 08.05.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar Cənubda İranla dostluq və əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu və BRİKS hədəfi, ötən ay Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması məhz rəsmi Bakının Qitələr arasında dayanıqlı körpülərin qurulmasına verdiyi töhfənin böyük əhəmiyyətindən xəbər verir.
      
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb. Bu gün iki dövlət liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq yüksək dəyərləndirilib.
      
Prezident İlham Əliyev Vyetnam KP MK-nın Baş katibi To Lamın Bakıya səfərinin yekunlarına münasibət bildirərkən bu siyasi hadisənin  Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: "Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq".
      
Beləliklə, iki ölkə arasında formalaşan strateji dostluq münasibətləri milli maraqlara və müasir çağırışlara əsaslanan çoxvektorlu xarici siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil, habelə hərbi və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə yol açır.

Rəna Hacızadə



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap