“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA

Tarix 09.05.25, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


Hər il məktəblərdə keçirilən məzun mərasimi şagirdlər üçün həm sevincli, həm də unudulmaz gündür. Bu sevincli günün hazırlıqları əyləncəli olmaqla yanaşı, həm də müəyyən xərc tələb edir.

Milli.Az xəbər verir ki, şagirdlərin sözlərinə görə, tələblər artdıqca xərclər də artır. 

Geyim seçimi, rəqs məşqləri, fotoqraf tələbi bu günün əsas amillərindəndir. 

Rəqs müəlliməsi Aysel Hüseynova bildirir ki, bu günə özəl rəqslər üçün 8 dərs kifayət edir. Buna görə isə 1 ay qabaqcadan hazırlaşırıq. Şagirdlər adətən 2 rəqs seçir:

"Milli və vals rəqsləri onlar üçün daha maraqlıdır. Rəqsin qiymətinə gəldikdə isə nə qədər çox şagird rəqsdə iştirak edirsə, qiymət bir o qədər aşağı olur. Hardasa 40-50 manat civarı olur".

Fotoqraf isə Fuad Nəbiyev bildirir ki, uşaqlar bu xatirənin daha yaxşı lentə alınması üçün fotoqraf seçimində sərbəstdilər. Qiymət burda da uşaq sayına görə dəyişir. Çəkilişlər minumum 20 manatdan başlayır. "Veçer" daxildirsə, 35-40 manat arası olur.

Məzun geyimi isə bu xüsusi günün simvolu sayılır. Geyimlərin qiyməti materialın keyfiyyəti və dizaynına görə dəyişir. Sadə geyimlər 50 manatdan başlayır, lakin xüsusi dizaynda geyimlər isə daha da bahadır. 

Ümumilikdə bir məzunun həmin günü başa çatdırması üçün 200-250 manat lazım olur. 



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap