“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanın təbii bal aldığı ölkələr - Kiloqramı 171 manata

Tarix 09.09.25, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Cari ilin yanvar-iyun aylarında Azərbaycana 308,79 min ABŞ dolları dəyərində ümumilikdə 57,34 ton təbii bal idxal olunub.

Valyuta.az xəbər verir ki, idxal əsasən Belarus, Qırğızıstan, Rusiya, Ukrayna, İran, Türkiyə, Almaniya, Avstriya, Fransa, İspaniya və İtaliyadan həyata keçirilib.

Belarusdan 33,77 min dollar dəyərində 5,54 ton bal gətirilib. Bir kiloqramın qiyməti 6,09 dollar və ya 10,36 manat təşkil edib. 

Qırğızıstandan 0,22 ton olmaqla 1,07 min dollarlıq bal idxal edilib. Burada 1 kiloqramın dəyəri 4,86 dollar və ya 8,26 manat olub.

Rusiyadan 9,23 ton olaraq, 46,16 min dollar bal gətirilib və bir kiloqramı 5 dollar və ya 8,5 manata başa gəlib. 

Ukraynadan təbii balın idxalı 20,16 ton təşkil edib, ümumi dəyər 100,78 min dollar olub. Bir kiloqramın qiyməti 4,99 dollar və ya 8,49 manatdır.

İrandan 1,16 ton bal alınıb, dəyəri 4,06 min dollar olub. Bir kiloqramı 3,5 dollar və ya 5,95 manata başa gəlib. Türkiyədən 14,05 ton (66,38 min dollar) bal idxal olunub, 1 kiloqramın qiyməti 4,72 dollar və ya 8,03 manatdır.

Almaniyadan 0,37 ton bal 4,3 min dollara gətirilib. Bir kiloqramın qiyməti 11,62 dollar və ya 19,75 manat təşkil edib. Avstriyadan idxal olunan 0,07 ton balın dəyəri 1,51 min dollar olub, 1 kiloqram 21,57 dollar və  ya 36,67 manata başa gəlib.

Fransadan 4,71 ton bal 36,63 min dollara idxal edilib. Burada 1 kiloqramın qiyməti 7,77 dollar və ya 13,22 manatdır. İspaniyadan 1,76 ton (13,13 min dollar) bal gətirilib, kiloqramı 7,46 dollar və ya 12,68 manat olub.

Son olaraq, İtaliyadan 0,01 ton olmaqla 1,01 min dollar dəyərində bal idxal edilib. Bir kiloqramın qiyməti 101 dollar və ya 171,7 manat təşkil edib.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap