“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib - Müzakirə

Tarix 09.09.25, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


9 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciçi qəbul edib.

AzFakt.com xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı Azərbaycan-Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. 

Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Xəbərin oxunma sayı : 352




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap