Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bu məhsulların qiyməti bahalaçdı - 20 manata olan 25 manata…

Tarix 01.04.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


İrandan gətirilən əksər məhsulların qiymətində artım var. Bura qida, yuyucu məhsullar, mebel, tikinti materialları aiddir.

Milli.Az xəbər verir ki, satıcılar bahalaşmanın səbəbini İranda baş verən hadisələr və idxal problemi ilə əlaqələndirirlər:

“Hazırda idxalda ən çox çətinlik yaşanan məhsullar arasında yağlar və bəzi yuyucu vasitələr üstünlük təşkil edir. 2.20 manata satdığımız qab şampunu hazırda 2.90 manat, 6.90 olan yuyucu vasitə hazırda 8 manatdır. Əksər məhsullarda 1-2 manat artım var. 20 manata olan yağ 25 manat, pendirlər 1 manatdan 2 manata,qaymaqların da qiyməti artıb”.

İrandan ölkəmizə mebel də gətirilir. Satıcıların sözlərinə görə, bu məhsulların qiymətində son zamanlar kifayət qədər artım müşahidə olunur. Tikinti materiallarında da ortalama qiymət artımı 30-35 faiz təşkil edir.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, münaqişənin ilk günlərində İranda ixracın dayandırılması bir çox məhsulların qiymətinin artmasına səbəb olub:

“Baxmayaraq ki bəzi məhsulların anbarlarda kifayət qədər ehtiyatı var, yenə də artıq əlavə məhsulların gəlməsində problem yaranırsa, bu, birmənalı şəkildə bazarda qiymətlərin bahalaşmasına şərait yaradır. Bununla bərabər İran ərazisindən tranzit gələn məhsullarda da kifayət qədər yubanmalar var ki, bu həmin ərazidən idxal olunur. Bu ləngimələr də öz növbəsində bu məhsulların qiymətlərinin bahalaşmasına, eyni zamanda qıtlığına gətirib çıxara bilər”.

Qeyd edək ki, mövcud vəziyyət uzun müddət davam edərsə, qiymətlər bahalaşmağa davam edəcək.



Xəbərin oxunma sayı : 202




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap