|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
COP29-da rəqəmsallaşma və nəqliyyat - Tematik günlər, təşəbbüslər, gözləntilər
Tarix 14.11.24, 11:49 |
|
Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır.
AzFakt.com xəbər verir ki, COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib. Bu gündən isə COP29-un tematik günləri başlayıb.
7 tematik gündə maliyyədən təhsilə, kənd təsərrüfatından urbanizasiyaya qədər müxtəlif sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələlər müzakirə olunacaq. Təşkil olunan tədbirlər iqlim böhranının aradan qaldırılmasının sürətləndirilməsi üçün təcrübələrin, ideyaların bölüşüldüyü, əməkdaşlıqların qurulduğu və inkişaf etdirildiyi platformalar rolunu oynayacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsul olduğu sahələr üzrə təşəbbüslərini 2 tematik gün çərçivəsində təqdim edəcək. Nazirlik ümumilikdə 4 tədbirin həmtəşkilatçısıdır.
COP tarixində ilk: Rəqəmsallaşma Günü
16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü olacaq.
COP tarixində Rəqəmsallaşma Gününün təşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasir innovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmiş Azərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxil edilib.
Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılar kimi mənfi tərəfləri də var.
İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirlərini yumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgə fəaliyyətə təşviq edəcək.
Yaşıl Rəqəmsal Fəaliyyət
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkil edəcək.
Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necə dəyişdirə biləcəyi araşdırılacaq.
Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılacaq.
Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərə alaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorunda emissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışın artırılmasını nəzərdə tutur.
Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar, şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademik təsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün digitalisation@cop29.az e-poçt ünvanına müraciət edə bilərlər.
Nəqliyyat Günü
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısı olduğu digər tədbirlər noyabrın 20-si – Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində olacaq.
Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlim fəaliyyətində rolu nəzərdən keçiriləcək.
Dünyada CO2 emissiyalarının 23%-i nəqliyyat sektorunun payına düşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhz nəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indiki kimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci ilə qədər ikiqat artacağı proqnozlaşdırılır.
Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorunun yaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində vacib rol oynayır.
Yaşıl şəhər nəqliyyatı
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçirilən tədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil edəcək.
Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindən araşdırılması məqsədi daşıyır.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası ilə bağlı strategiyaların hazırlanması gözlənilir.
Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviq edəcək.
Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün şəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimai nəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobusların istismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsi tələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları, elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturu və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətin mərkəzində dayanır.
Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Tədbirin təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).
Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.
Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri, qurum rəhbərləri iştirak edəcəklər.
Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu, dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu barədə fikir mübadiləsi aparılacaq.
Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.
Beynəlxalq aviasiya və iqlim dəyişikliyi
Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə birgə təşkil edəcək.
Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlər barədə diskussiya aparacaqlar.
Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən 2% paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da, yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.
Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinin digər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.
Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalq təşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasət və çərçivələr barədə fikir mübadiləsi aparılacaq.
Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlim böhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davam etdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələr verəcək.
Xəbərin oxunma sayı : 124
Sosial
Xəbərlər
-
“Burnum və üst dodağımdan başqa heç yerimdə estetik əməliyyat yoxdur“ - Günel Zeynalova
-
Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb - UEFA Millətlər Liqası
-
Zaqatalada son zamanlar baş verən uşaq ölümlərinin səbəbi nədir? - VİDEO
-
Azərbaycanda eyni anda bir neçə işdə işləyən işçilərin sayı artıb - RƏSMİ
-
Lavrov Trampın planına “yox“ dedi - “Bu, Minsk razılaşmasından da pis olacaq”
-
Ödənişi kartdan- karta təşviq edənləri maksimum nə qədər cərimə gözləyir? - VİDEO
-
Hava limanının tikintisi bu ərazidə daşınmaz əmlakın qiymətini qaldıracaq - VİDEO
-
Seçki gərginliyi Gürcüstanı bölür: Müxalifət parlamentdən çıxdı
-
Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama
-
COP29-un ən balaca iştirakçısı - VİDEO
-
Dövlət Xidməti “Auto Azərbaycan” barəsində araşdırma aparıb - Pozuntular aşkarlandı
-
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
-
İkardi keçmiş arvadının evinə basqın etdi - Məhkəməyə verildi
-
Paşinyan yeni imicdə - Saqqalını qırxdı (VİDEO)
-
“Tehran heç vaxt nüvə silahı yaratmağa cəhd etməyib“ - Məsud Pezeşkian
-
“Bəzi Aİ ölkələri digər dövlətləri COP29-da iştirakdan çəkinməyə çalışıb” - Hacıyev
-
“Qumardan əl çəkə bilmirəm, peşmanam“ - VİDEO
-
Azərbaycanlı xanım blogerdən kobud qayda pozuntusu - Ayağı göydə, kəməri də yox + VİDEO
-
Ronaldinyodan Azərbaycana səfəri ilə bağlı paylaşım - VİDEO
-
COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb - AYNA
-
Ən zərərli spirtli içkinin adı açıqlandı - Qaraciyərin düşmənidir
-
Rəsmi Bakı Paşinyanın bəyanatlarına cavab verdi - FOTO
-
UEFA Qəbələ şəhər stadionunun tribunalarına girişi məhdudlaşdırıb - SƏBƏBİ
-
Prezident Avropa Şurasının Baş katibi ilə görüşüb - Nələr müzakirə edilib?
-
“Bədənimi kopyaladılar, amma sənətimi edə bilməzlər“ - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? - SİYAHI
-
Kəlbəcər şəhərində yollar qurulur - Ən son görüntülər
-
Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
-
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb - FOTOLAR
-
Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər - CNN
-
Ağadadaş Ağayev məhkəməyə gəldi - FOTO
-
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin - FOTOLAR
-
Prezident İlham Əliyev görüşlər keçirir - Fotolar
-
Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTOLAR
-
Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb - Fotolar
-
Ardıcıl 6 gün iş OLMAYACAQ - TARİXLƏR
-
Vətəndaşların kredit borcları silinəcək? – “Cinayət məsuliyyəti yarada bilər”
-
Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
-
Bu şəxslərin pensiyası 50 manat ARTACAQ
-
Teylor başqalarına aman vermir - 4 mükafat alaraq qalib gəlib
-
COP29-da rəqəmsallaşma və nəqliyyat - Tematik günlər, təşəbbüslər, gözləntilər
-
10 ayda 165 milyon manatdan çox ƏDV geri qaytarılıb - Dövlət Vergi Xidməti
-
Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir
-
Rəsmilərin ölkəmizə səfəri davam edir - Fotolar
-
“Tramp administrasiyası ilə təmaslara hazırıq” - Sergey Lavrov
-
“Varlı ölkələr, iqlim borcunuzu ödəyin!” - Video
-
Şoltzun çıxışı parlamentariləri güldürdü - Video
-
Bir vaxtlar hamının evində olan pərdələr indi maşın qiymətinə satılır - Foto
-
Mövsüm meyvələri ucuzlaşıb? – Keçən illə müqayisədə 5-6 manat...
-
Trampın qələbəsi heç nəyi dəyişmir - Lavrov
-
Dünyanın ən bahalı futbol klubları - Siyahı
-
“Qarabağ”ın dəvəti ilə Avropanın bu klubları Bakıya gələcək - Siyahı
-
“İqlim fəlakətləri dövründə erkən xəbərdarlıq sistemi zərurətdir“ - Quterreş
-
Toy üçün qızıl almaq istəyənlərin nəzərinə! - Ucuzlaşdı - QİYMƏTLƏR
-
Prezident İlham Əliyev görüşlər keçirir - FOTOLAR
-
Bayden Ağ Evdə Trampla görüşdü - Fotolar
-
“Ukrayna Rusiya ilə cəbhədə məğlub olur“ - Mark Rütte
-
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar + VİDEO
-
Azərbaycanda ingilis dilini necə bilirlər? - Ölkələrin siyahısı
-
“Hizbullah”dan İsrailə pua hücumu - Baş Qərargah ərazisi vuruldu
-
Kamran Əliyev BMT-nin Baş katibinin müavini ilə görüşdü - Fotolar
-
Əkrəm İmamoğlu Bakıdadır – Fotolar
-
Leyla Əliyeva “AzərEnerji” və “Azərişıq” ASC-lərin pavilyonuna da baxdı - VİDEO
-
İlham Əliyev kiçik ada dövlətlərinin Sammitində iştirak edib - FOTO/VİDEO
-
Azərbaycanlıların Türkiyədən nə qədər ev aldıqları açıqlandı - Rəsmi
-
Ronaldinyo Bakıdan paylaşım etdi - FOTO
-
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
-
“İrəvan bu günlərdə Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib“ - Paşinyan
-
“ATƏT-in Minsk qrupu dəfn olunub“ - Rusiya XİN
-
Prezident İlham Əliyev görüşlər keçirir - FOTOLAR
-
KOB-ların yaşıl keçidin təşviqinə və əməkdaşlığa dair sənədlər imzalanıb - FOTOLAR
-
“Rusiyanın cavabı dağıdıcı olacaq” - Zaxarova
-
Azərbaycan üçün TDT-nin güclənməsi prioritet məsələdir
-
“Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib“ - Ərdoğan
-
Əksər rayonlarda yağıntılı hava müşahidə olunur - Faktiki hava
-
Maaş və pensiyalar artacaq - Deputatdan açıqlama
-
“Trampın prezident seçilməsi münasibətlərdə müsbət fərqlilik yarada bilər“ - Ərdoğan
-
Yanvarın əvvəlində prezident seçkilərinin keçiriləcəyi gözlənilir - Kobaxidze
-
Azərbaycanda gündəlik nə qədər neft hasil edilir? - OPEC açıqladı
-
BBC-nin “kotlet-çörək” jurnalistikası...- Çingiz Özgür yazır
-
“SOCAR və “Asarel Energy” arasında saziş imzalandı - Fotolar
-
“İsrailə hücum etsə, iqtisadiyyatı çökəcək“ - Netanyahu yenə İranı hədələyir
-
“Mən anayam və...“ - Ciorcia Meloninin Bakıdakı çıxışı
-
Tramp İlon Maskı yüksək vəzifəyə təyin edəcək - Açıqladı
-
“Qarşımızda ədalətli enerji keçidi vəzifəsi durur“ - BMT-nin Baş katibi
-
“Bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri çox ciddi çətinliklərlə üzləşir“ - İlham Əliyev
-
Mixail Mişustin Azərbaycanda - FOTO
-
“Bakıda yerüstü relsli nəqliyyat ola bilər” - Anar Quliyev
-
İlham Əliyev Odil Reno-Basso ilə görüşdü - FOTO
-
Prezident sammitdə iştirak edib - Video - Fotolar
-
Bakıda 3 türk dövlətinin lideri arasında üçtərəfli görüşü olub - Sənədlər imzalanıb + FOTOLAR
-
“Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur“ - ÜST rəhbəri
-
Azərbaycan və Albaniya Anlaşma Memorandumu imzaladı - FOTO
-
6 uşaq atası olan 37 yaşlı çobanın meyiti tapıldı -Gədəbəydə
-
“Sülh müqaviləsinin mətninin müzakirəsi ilə bağlı yeni proses başlayacaq” – Hikmət Hacıyev
-
Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır
-
Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər
-
XXI əsr türk dünyasının inkişaf əsri olacaq
-
Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir
-
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
-
Roza ilə Elza arasındakı qalmaqal daha da “ALOVLANDI“: “Pulsuz oynadılan meymunsan“
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
İstifadəsi qadağandır, lakin satışı var - Siqnal adı ilə müxtəlif səs çıxaran qurğular satılır (VİDEO)
-
Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” - FOTO
-
Qırğızısan, Tacikistan və Kipr Prezidentləri Bakıda - FOTOLAR
-
Bakı aeroportu itirilmiş əşyaları satışa çıxarıb? - RƏSMİ CAVAB
-
Milyonçu “Oleq Bakinski” barədə qərar verildi - Həbsdə qaldı
-
İqlim qurbanlarının ağlasığmaz həyatı - Keniyada GÖRÜNTÜLƏR
-
“Gürcüstan Avropa yolunu tərk edir“ - Borreldən xəbərdarlıq
-
Bu rəsmilər də paytaxtımızdadır - SİYAHI/FOTO
-
Almazdan 10 min dəfə qiymətli daş - Yalnız Türkiyədə var
-
“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı - qan qoxusu...
-
Vətən müharibəsi şəhidinin qızı Avropa çempionu oldu
-
Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən GÖRÜNTÜLƏR
-
Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
Dövlət və hökumət başçılarının Bakıya gəlişi davam edir - FOTOLAR
-
Bakıda qətl hadisəsi:42 yaşlı qadın öldürüldü
-
Prezident Quterreşlə görüşdü - FOTOLAR
-
Güclü külək əsəcək - Xəbərdarlıq
TOP 10
ARXİV